21 September 2021

Ertəsi gün Zəfər müjdəli müharibə başlandı

Ertəsi gün müharibə başlandı. Cəmi bir gün əvvəl adamların çoxu bilmirdi ki, həmin SABAHKI GÜNÜN ardınca Qarabağın erməni işğalçılarından azad edilməsi naminə çoxdan gözlənilən Vətən Müharibəsi başlanacaq, lap tezliklə regionda ərazi balansı əsaslı şəkildə dəyişəcək, siyasi koordinat sistemi yenidən qurulacaq, dünyanın böyük dövlətlərində Azərbaycanın hərbi-strateji təcrübəsini öyrənəcəklər. Sıravi vətəndaşlardan kimin ağlına gələrdi ki, cəmi 44 gündən sonra YENİ REALLIQ BAŞLANACAQ! SON 207 İLDƏ İLK DƏFƏ BİZ ÖZ ƏRAZİLƏRİMİZİ İTİRMƏDİK, ONLARI BƏRPA ETDİK.

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisinin guya Xocavənddə minaya düşməsinə dair xəbəri təkzib edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda qeyd edilib ki, sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.