16 September 2021

Azərbaycan-Türkiyə-Pakistan arasında olan münasibətlər regionun inkişafına və təhlükəsizliyinə xidmət edəcək

İstər 44 günlük Vətən müharibəsindən əvvəl, istər müharibə zamanı və ondan sonra Türkiyə ilə Pakistanın qardaşlıq münasibətini, açıq siyasi və mənəvi dəstəyini Azərbaycan xalqı heç bir zaman unutmayacaq. Azərbaycanın bu müharibədəki tarixi Qələbəsi, Ermənistanın 30 il davam edən işğal siyasətinə son qoyulması və ərazilərin azad edilməsi Cənubi Qafqazın geosiyasətində yeni siyasi konfiqurasiya formalaşdırıb. Bu baxımdan Azərbaycanın dost Türkiyə və Pakistan dövlətləri ilə münasibətləri daha böyük diqqətə və xüsusi əhəmiyyətə malikdir.

Yataqxanada yaşayan, evin-ailənin tək, subay övladı, 3 medallı Şəhid-RƏŞAD ƏLƏKBƏROVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, MƏRASİM KEÇİRİLDİ… – FOTOLAR -YENİLƏNİB – (3)

Bu gün-15 sentyabr tarixi Gəncənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşad İlqar oğlu Ələkbərovun doğum günüdür.

Bu gün Rəşad Ələkbərovun 24 yaşı tamam olur və bu, onun Cənnətdəki ilk ad günüdür.

Etikxeber.az xəbər verir ki, əslən Gədəbəyli olan Rəşad Ələkbərov 15 sentyabr 1997-ci ildə Gəncə şəhərində anadan olub.

O, həm də evin-ailənin tək oğlan övladı olub.

Rəşad 2012-ci ildə Gəncə şəhər 44 nömrəli məktəb-liseyin 9-cu sinfini bitirib.

Şuşa səfərim

Şuşaya azad şəhərin 10 ay 3 günündə – 2021-ci il sentyabrın 11-də ayaq basıram. Gec, çox gec…

***

8 noyabr 2020-ci il qurtuluşunun ardınca soyuqlayıram. Noyabrın üçüncü ongünlüyündə zəhrimara yoluxduğum üzə çıxır.

Evdə qalası oluram.

İki həftəlik əsirliyin ardınca sərt karantin gəlir. Noyabr və dekabr belə gedir.

İl dəyişəndən aylar bir-birini qovur. Görürəm hərə bir yol tapıb gedir. Mənə gənəşən yoxdur.

Dərd eləmirəm, gözləyirəm. Ən çox may ayına bel bağlayıram, bitmiş işğalın – 8 may 1992-nin anımı olar deyirəm.