06 September 2021

BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev COVID-19 peyvəndinin əlçatan olmasını daim diqqətdə saxlayır

Malayziyanın “BERNAMA” milli informasiya agentliyində Qoşulmama Hərəkatı (QH) barədə geniş məqalə dərc edilib. Məqalədə Qoşulmama Hərəkatının fəal üzvü kimi Azərbaycana və hazırda təşkilata sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin nümunəvi siyasi davranışına xüsusi yer ayrılıb.

Səfir: Niderlandlılar Azərbaycanın ermənilər tərəfindən dağıdılmış şəhər və kəndləri barədə ətraflı məlumat aldılar

“Səfirliklər festivalı” çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti haqqında məlumat verdik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı göstərdiyi rəşadət nəticəsində torpaqlarımızı azad etdik. Ölkəmizin Niderlanddakı səfirliyini ziyarət edən yerli ictimaiyyətin nümayəndələrinə Qarabağ reallıqları ilə bağlı məlumatları, işğal illərində şəhər və kəndlərin dağıdılmasını işğaldan əvvəlki və sonrakı mənzərələri əks etdirən videoçarx vasitəsilə çatdırdıq.