01 September 2021

Türk Şurasına üzv dövlətlərin media nümayəndələri Şuşa şəhərində olublar

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media nümayəndələri Şuşa şəhərinə səfər ediblər.
AZƏRTAC xəbər verir ki, səfər "Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, həmçinin Bosniya və Herseqovina və Serbiyadan olan jurnalistlər şəhərlə tanış olublar.

Tokioda Azərbaycan diaspor fəalları tərəfindən yaradılan “ajmedia.jp” xəbərlər saytı fəaliyyətə başlayıb

Sentyabrın 1-dən Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycan diaspor fəallarının təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun və ölkəmizin yapon dostlarının dəstəyi ilə “ajmedia.jp” xəbərlər saytı fəaliyyətə başlayıb.
Saytın yaradılması barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən baş redaktor Akira Matsunaqa bildirib ki, əsas məqsəd iki dost xalq arasında əməkdaşlıq əlaqələrinə töhfələr vermək, xalqlarımız üçün faydalı olan bu əlaqələri daha da möhkəmləndirməyə kömək etməkdir.

Nüfuzlu “El Boletín” nəşrində Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlılar haqqında yazılıb

İqtisadi və siyasi xəbərlərdə ixtisaslaşan İspaniyanın məşhur “El Boletín” nəşrində “Azərbaycan Beynəlxalq İtkin Düşmüş Şəxslər Gününü qeyd edir” sərlövhəli məqalə dərc olunub.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə avqustun 30-da dünya ictimaiyyəti Beynəlxalq İtkin Düşmüş Şəxslər Gününü qeyd edərkən, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin xatirəsinin Azərbaycanda ehtiramla yad olunduğu vurğulanıb.