26 July 2021

MN: Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya döyüşlərin getməsi barədə Ermənistanın yaydığı məlumatlar əsassızdır

Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya atəş səslərinin müşahidə edilməsi və döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a açıqlamasında qeyd olunub.
Nazirliyin açıqlamasında bildirilib ki, əldə olunan məlumata əsasən, erməni hərbi qulluqçu qarşılıqlı münasibətlərin pozulması və bir-birinə açılan atəş nəticəsində yaralanıb.

Xudaferin.eu

Nikola Selakoviç: Serbiya Azərbaycanın, Azərbaycan da Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir

Serbiya və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və ona hörmət edir. Azərbaycan Serbiyanın vacib strateji tərəfdaşıdır. Bu görüş imkan verdi ki, biz əməkdaşlıq imkanlarını müzakirə edək. Biz iki ölkə arasında hər il siyasi dialoqların keçirilməsini təklif etdik”.
AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Nikola Selakoviç azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

Numan Kurtulmuş: Azərbaycanla Türkiyənin münasibətləri yüksək səviyyədədir

Azərbaycanla Türkiyənin münasibətləri yüksək səviyyədədir. Hər iki ölkənin hakim partiyaları olan AK Parti və YAP arasında əlaqələr də çoxşaxəlidir və səfərimiz bunu bir daha təsdiqləyir. Biz Azərbaycana səfərimizin ilk günündəyik. İlk olaraq ulu öndər Heydər Əliyevin məzarını, Azərbaycanın istiqlalı uğrunda canlarını qurban vermiş azərbaycanlı şəhidlərin məzarını ziyarət etdik.