06 July 2021

Qadın - kişi bərabərliyi ilə bağlı cəmiyyətdə diskorsların təşkilinin vacibliyi

Günümüzün ən vacib məsələlərindən biri qadın-kişi bərabərliyi probleminə yönəlmiş diskorsların təşkilidir. Bu diskorsların hazırda yerli, milli və hətta beynəlxalq səviyyələrdə çoxsaylı sosial məkanlarda daim inkişaf etdiyini görə bilərik və hər bir müasir düşüncəli fərd buna öz töhfəsini verməyə çalışmalıdır. Unutmamalıyıq ki, diskors öz fikrini qəbul etdirməyə yönəlmiş müzakirə forması deyil. O, ilk növbədə müzakirədə iştirak edən hər kəsin problemin həllinə töhfə vermək arzusudur.

Şərabçı: “Əgər orqanizmin tələb etdiyi gündəlik spirti ona verməsən...” - MÜSAHİBƏ

Hər şərabın öz bakalı var və bu, yalnız forma üçün deyil. Dadı hiss etmək cəhətdən qabların quruluşu böyük önəm daşıyır. Hər şərabın dadını məhz öz qabında içməklə tam şəkildə almaq mümkündür. Bu, hələ şərabın qabı ilə bağlı olan məqamdır. Ancaq şərabın özü ilə bağlı da incə məqamlar çoxdur. Bu məqamlarla bağlı “Kaspi” qəzetinə şərabçı, texnoloq, professor Vüqar Mikayılov müsahibə verib.

Британская королева пришла на «Хары Бюльбюль», посмотрела на карабахских скакунов и послушала Полада Бюльбюльоглы

В Лондоне завершилось традиционное «Виндзорское королевское конное шоу» (Royal Windsor Horse Show), которое проходило с 1 по 4 июля.

Как сообщает haqqin.az, королеве Великобритании Елизавете II и другим членам королевской семьи была представлена композиция «Хары Бюльбюль», посвященная победе Азербайджана в Отечественной войне и памяти шехидов этой войны.

XİN: Azərbaycan BMT missiyasını qəbul etməyə hazırdır

Azərbaycan tərəfi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) arasında aparılmış müzakirələr nəticəsində BMTQAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Rəşad Mahmudov: Şuşa Bəyannaməsinin icrası regionda sülhün, iqtisadi inkişafın qarantıdır

Regionun yeni geosiyasi reallığını rəsmiləşdirən Şuşa Bəyannaməsi tarixi hadisə olaraq, Azərbaycan–Türkiyə arasında bir neçə aspektdən–siyasi, iqtisadi, ideoloji, humanitar baxımdan olduqca diqqət çəkir. Bunların sırasında bir məqam xüsusilə maraq doğurur. Bu, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin tənzimlənməsində ABŞ-ın ədalətli mövqeyi ilə bağlıdır.