05 July 2021

Ardıcıl diplomatik nailiyyətlər strateji hədəflərimizə çatmağa imkan verir

Torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan dövləti postmünaqişə dövründə də qətiyyətli mövqeyini davam etdirir və mühüm diplomatik nailiyyətlər qazanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu diplomatiya sayəsində ölkəmizin milli maraqları təmin olunur, yeni mərhələdə hədəflər ardıcıl olaraq reallaşdırılır.

“Aljazeera” telekanalı Azərbaycan ərazilərində Ermənistanın basdırdığı minaların qurbanları barədə reportaj yayımlayıb VİDEO

Nüfuzlu “Aljazeera” telekanalında Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində basdırdığı minaların qurbanları haqqında reportaj yayımlanıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, reportajda müharibədən sonra 100-dən çox mülki şəxsin mina partlayışı nəticəsində həlak olduğu və ya yaralandığı qeyd edilib.

Vladimir Zelenski soydaşımızı medalla təltif edib

Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərin orden və medallarla təltif edilməsi haqqında Fərman imzalayıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, təltif edilənlər arasında Ukraynada yaşayan soydaşımız da var. Vladimir Zelenskinin Fərmanı ilə Ukrayna Baş Prokuror Ofisi Departamentinin şöbə müdiri Samir Şirxan oğlu Allahverdiyev “Xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.