06 May 2021

Oradur-sür-Qlan və Xocalı - “şəhid şəhərlər” VİDEO

Erməni faşistləri tərəfindən törədilən Xocalı qətliamını xatırladan Fransanın Oradur-sür-Qlan (Oradour-sur-Glane) “şəhid qəsəbə”si 1944-cü il iyunun 10-da alman faşistləri tərəfindən yandırılıb, 642 nəfər qətlə yetirilib. İkinci Dünya müharibəsi zamanı alman faşistlərinin Oradur-sür–Qlan qəsəbəsində törətdikləri qətliamı erməni faşistləri XX əsrin sonlarında Azərbaycanın Xocalı şəhərində, özü də bütün dünyanın gözü qarşısında təkrarlayıblar. Erməni vandalizmi nəticəsində şəhər yerlə-yeksan edilib, 613 azərbaycanlı qadın, uşaq və yaşlı insan amansızlıqla qətlə yetirilib.

İraq qəzetində Azərbaycanın Vətən müharibəsi haqqında analitik məqalə dərc edilib

İraqın “Azzaman” qəzetində professor Moataz Əbdülhəmidin Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi haqqında analitik materialı dərc olunub.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı rayonlarımızı azad etməsindən bəhs olunur.

Media nümayəndələri “Zəfər yolu”nun və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə yerində tanış olmaq məqsədilə səfərə yola düşüblər

Mayın 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təşkilatçılığı ilə Füzulidə "Zəfər yolu"nun və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti işləri ilə yerində tanış olmaq məqsədilə media nümayəndələri səfərə yola düşüblər.