01 May 2021

Ramiz Qənbərova məktub – Kərim Kərimli

Əziz qardaşım, sənin ağır yaralandığın qanlı və dəhşətli 92-ci ilin 29 aprelindən və gözlərini əbədi yumduğun 30 aprelindən ötən düz 29 il ərzində ilk dəfədir ki, sənə ağlamayaraq, göz yaşı axıtmayaraq, bütün varlığı darmadağın olurmuş kimi zülüm çəkməyərək, böyük ruh yüksəkliyi, sevinc və fərəh içində müraciət edir, xəcalət hissi olmadan yazıram. Ötən bu 29 il ərzində mən sənə və sənin haqqında çox yazmışam.

Politoloq Lyuk Kofi: Yeni reallıqlar Azərbaycanın ABŞ üçün əhəmiyyətini daha da artırır

Mayın 1-dən ABŞ-ın Əfqanıstandakı qoşunlarını çıxarmağa başlaması və Mərkəzi Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizlərinin yerləşdiyi coğrafi məkanda yaranan yeni reallıqlar Birləşmiş Ştatlar üçün əlverişli mövqeyə malik Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırır.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər tanınmış Qərb politoloqu, “Heritage” Fondunun Daqlas və Sara Elison Mərkəzinin direktoru Lyuk Kofinin “Arabnews” qəzetində dərc olunmuş analitik məqaləsində yer alıb.

İqtisadi Şuranın növbəti iclasları keçirilib

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasları keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Xudaferin.eu AZƏRTAC-a istinadən bildiriblər ki, iclaslarda 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyasının əsas makroiqtisadi çağırışları, ortamüddətli makrofiskal çərçivə və proqnozlar və digər cari məsələlər müzakirə olunub.

Xudaferin.eu