Nürnberqdəki azərbaycanlılar Gəncədəki terror aktına etiraz aksiyası keçirib
Almaniyanın Nürnberq şəhərində yaşayan azərbaycanlı icması Ermənistanın təcavüzkar siyasətinə və Gəncə şəhərindəki amansız terror aktına etiraz, müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə yürüş-mitinq keçirib. Xudaferin.eu Modern.az-a istinadən xəbər verir ki, aksiyada ölkənin müxtəlif bölgələrindən gələn soydaşlarımız və Türkiyənin diaspor təşkilatlarının təmsilçil