Türkiyə Aralıq sahillərində təklənir, müharibəyə çəkilir: Bakıdan dəstək...
Aralıq dənizinin şərq sahillərində yeni bir müharibə alovlana bilər. Hərçənd analitiklər bu riskin yüksək olduğu qədər reallaşmasını az ehtimal hesab edirlər. “Yeni Müsavat” xəbər verir ki, söhbət Yunanıstan və Türkiyənin müharibə ərəfəsində olmasından gedir.
Rəsmi Afina guya hüquqi əsaslarla öz dəniz sərhədlərini genişləndirməyə çalışır. Nəticədə Türkiyənin sahil boyu ərazilərinin Yunanıstanın əlinə keçməsi təhlükəsi yaranır.
İki ölkə arasında Şərqi Aralıq və Egey dənizində yaşanan gərginlik digər maraqlı dövlətlərin də prosesə qoşulmasına səbəb olub.