Məşədi Məhəmmədqasım bəy Dizaqi: Erməni fitnəsinin qurbanı
Erməni amilini Cənubi Qafqazda təşkil edənlər və ondan öz imperiya məqsədləri üçün istifadə edən hegemon dövlətlərin dəstəyi XIX əsr boyu avantüralara söykənən erməni fitnəsinin yeni-yeni faciələr törəməsinə münbit şərait yaradıb. Fürsət düşəndə pislik etməkdən çəkinməyən ermənilərin qurbanlarından biri də Məşədi Məhəmmədqasım bəy Dizaqi oldu.