06 June 2019

Bakıda İtkin düşən 4 yaşlı qız diləndirilən zaman tapılıb

İtkin düşən 4 yaşlı Zəhra Nizami rayonu ərazisində diləndirilən zaman tapılıb.

Musavat.com xəbər verir ki, iyunun 4-də axşam saatlarında naməlum şəkildə yoxa çıxan Zəhra Bağırzadə bu gün tapılıb.

Zəhranı öz qohumları Nizami rayonunda yerləşən 8-ci kilometr bazarı ərazisində dilənən zaman tapıblar.

Nitqində nisbətən qüsur olan Zəhra baş verənləri hələlik izah edə bilmir.

Tibbi müayinəyə aparılan Zəhranın öz məhəllələrinə yaxın ərazidə yaşayan qaraçılar tərəfindən qaçırıldığı ehtimal edilir.

Moskvada jurnalist Fuad Abbasovun məhkəməsi başlayıb

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı jurnalist Fuad Abbasovun şikayəti əsasında Moskva Vilayət Məhkəməsi Mülki İşlər Kollegiyasında məhkəmə başlayıb.

Qeyd edək ki, Rusiyanın bir neçə azərbaycanlı icması Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayəti Ximski Şəhər Məhkəməsinə müraciət edib.

Tələbələrimiz Vaşinqtondakı Qlobal Forumda iştirak ediblər

İyunun 2-dən 4-dək Vaşinqtonda Amerika Yəhudi Komitəsinin (AYK) illik qlobal forumu keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən xudaferin.eu-ya verilən məlumata görə, tədbirdə Birləşmiş Ştatların və İsrailin tanınmış dövlət xadimləri, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər. 2 mindən çox qonaq arasında 4 azərbaycanlı tələbə də olub. Onlar Diasporla İş üzrə Dövlət Komitəsinin və “ADA" Universitetinin dəstəyi ilə builki foruma qatılıblar.