Notr-Dam kilsəsinin bərpası üçün 1 milyard avro ianə yığılıb
Yanğından zərər çəkən Paris Notr-Dam kilsəsinin bərpası üçün yığılan ianənin məbləği 1 milyard avroya çatıb.
xudaferin.eu “Le Parisien” qəzetinə istinadla xəbər verir ki, ianə əsasən iri kompaniyalar və biznesmenlər, həmçinin Fransa Mədəniyyət Nazirliyinin seçdiyi 4 ictimai fond tərəfindən ödənilir. Qurumun rəhbəri Frank Riester özünün “Twitter” səhifəsində kilsənin bərpasına ianə köçürülməsi üçün internet portalın işə salındığını yazıb.