02 January 2019

Hər kəsin üzərində olan borc - QARABAĞ MÜKƏLLƏFİYYƏTİ

Bir hərbi mükəlləfiyyət, borc anlayışı var. Hər kəs hərbi mükəlləfiyyətini , hərbi borcunu yerinə yetirməyə can atır, çalışır. Yəni əskərliyə getməyi , hərbi xidməti keçməyi özünə borc bilir. Təbii ki, burda da istisnalar yox deyil. Bir qisim gənclər özləri hərbi xidmətdən yayınır və ya valideynləri müxtəlif yollarla onları hərbi xidmətdən yayındırılar. Bu kateqoriyaya daxil olanlar çox cüzidir , getdikcə azalır, hətta, deyəsən, yox dərəcəsinə çatıb.