Aprel gecəsində tövlədə alınan qərar – Vəli bəy Yadigar və əsgərləri
Azərbaycan Cümhuriyyətinin 1920-ci ilin 27 aprelində Rusiya tərəfindən işğalı milli ordumuzda birmənalı qarşılanmadı. Azərbaycan Parlamenti təslim aktını imzalamağa məcbur olsa da, bölgələrdə xidmət edən azərbaycanlı zabitlər gücləri çatdığı qədər işğalçılara qarşı mübarizə apardılar.
Onlardan biri də polkovnik Vəli bəy Yadigar idi.