07 August 2018

Türkiyə və ABŞ sanksiyalarla bağlı ilkin razılığa gəldi

Türkiyə və ABŞ Vaşinqtonun ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı ilkin razılaşma əldə edib.

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “The Daily Sabah” nəşri Türkiyə diplomatik mənbələrinə istinadla məlumat yayıb. 

Nəşrin məlumatına görə, tərəflər diplomatik əlaqələri inkişaf etdirməyə və mövcud problemlərin həllinə hazırdır. Türkiyədən olan nümayəndə heyəti yaxın iki həftə ərzində sanksiyalarla bağlı danışıqlar üçün ABŞ-a səfər edəcək.