İsveçrə səfirliyinin dəstəyi ilə çəkilən “Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları” filmi nümayiş olunacaq
Bakıda İsveçrənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə çəkilən “Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları” filminin nümayişi olacaq.
Səfirlikdən xudaferin.eu ya verilən məlumata görə, Azərbaycan tarixində qadınların əhəmiyyətli rolundan bəhs edən film bu il İsveçrə səfirliyinin maliyyə dəstəyi ilə Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən hazırlanıb.
Film mayın 16-da Bakıdakı Yarat Müasir İncəsənət Mərkəzində təqdim olunacaq.