Əlisa Nicat: “Üzeyir bəyin xalqımıza verdiyini Məhəmməd peyğəmbər verməyib”
Xudaferin.eu Kulis.az=a istinadən tanınmış yazıçı Əlisa Nicatla müsahibəni təqdim edir.
- Əlisa müəllim, 55 cildliyiniz çıxır. Sizcə çox deyil bu? Seçəsi olsaq, 55 cildin neçə cildi gələcək nəsillərə qalar?
- Onu gərək oxucular desin də (gülür). Əgər bircildlik hazırlasaydım, ora “Artakserks”i, “Qızılbaşlar”ı, “Gəncəli müdrik”i salardım.
- Sizcə ən yaxşı romanınız hansıdır?
- Mənim üçün “Artakserks” yaxşıdır, xalq üçün “Qızılbaşlar”.