Çaldıranda terrorçu kürd təşkilatı PJAK beş nəfər soydaşımızı terror edərək öldürdü

 

Noyabrın 3-də Güney Azərbaycanın Urmu vilayətində kürd regional terror təşkilatı adına PJAK Türkiyə ilə sınır bölgəsində sərhəd polisi arasında baş verən qarşıdurma zamanı əsasən hərbi xidmət keçən əsgərlərin həlak olması əhali tərəfindən hiddətlə qarşılanıb.

Rəsmi açıqlamalara əsasən, kürd terror təşkilatı kimi bütün dünyada tanınmış PKK-nın İran qanadı PJAK və Güney Azərbaycanın Çaldıran sərhəd qərargahı qüvvələri arasında ortaya çıxan qarşıdurmada həlak olan əsgərlərin altısı Güney Azərbaycandan, biri Kərəcdən, biri isə Türkmənsəhra bölgəsindəndir. Demək olar ki, terror olayı zaman ölən əsgərlərin hamısı Türk kökənlidirlər. Burada hərbi xidmətlərini keçirən Mehdi Kəltə, Əmir Qurbani, Məhəmməd Hüseynzadə, Səid Gülabi və Abbas Qadiri habelə çavuşlar Həmid Hacızadə, Məhbub Nuri və Mehdi Hüseynzadə Çaldıranın Dövşantəpə kəndinin yaxınlarında həlak olublar.

Güney Azərbaycanın Urmu vilayətində fəaliyyət göstərən yerli qəzetlər və internet portalları əhalinin bölgənin təhlükəsizliyi bağlı narahatlığını gündəmə gətirirlər. Xüsusilə hərbi xidmətini keçirən gənc əsgərlərin həlak olmasının əlahi arasında qəzəb doğurduğu bildirilir. Həmçinin sosial mediada hərbi xidmət üçün sərhəd bölgələrinə göndərilənlərin adətən qeyri-fars bölgələr və ya yoxsul ailələrdən olduğuna diqqət çəkilir.
Qeyd edək ki, bu qanlı olay nədəni olaraq, bütün Güney Azərbaycan boyunca kürd terror təşkilatlarının və eləcə də Urmu vilayəti boyunca yaşayan köçmən kürdlərin dərhal Güney Azərbaycan ərazilərindən dışlanılması təbliğatları da güclənibdir. O da bəllidir ki, belə bir durumun yaranmasının əsas suçlusu İran mollakratiya rejimidir. Uzun illərdir mollakratiya rejimi Urmu vilayətinin süni şəkildə kürdləşdirilməsi kimi çox dərin siyasətlər və hədəflər sərgiləyir.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu” 

 

 

10:04