Cahit Bağçı: Azərbaycanda 11 mindən çox Türkiyə vətəndaşı səs verəcək

Bu gün qardaş Azərbaycanda yaşayan Türkiyə vətəndaşları öz namizədlərinə səs verirlər. Xalq öz seçimini edir.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında söyləyib.

Səsvermənin Türkiyə milləti və dövləti üçün xeyirli olmasını diləyən Türkiyənin səfiri Azərbaycanda 11 mindən çox Türkiyə vətəndaşının səs verəcəyini bildirib.

Səfir prezident və parlament seçkiləri üçün səsvermənin Azərbaycanda Bakı ilə yanaşı, Gəncə və Naxçıvanda da keçirildiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, səsvermə saat 09:00-dan 21:00-dək davam edəcək.

Xudaferin.eu

16:23