Çağdaş Azərbaycan poeziyasının canlı əfsanəsi Məmməd İlqar

Qazaxın İncə Vadisinin Astanbəyli kəndi özünün əfəndiliyi və bəylik düzəni ilə keçmiş sovet rejimində belə, adını, soyunu-sofunu qoruyub saxlaya bilən bölgələrimizdən biri olub. Bu yurdda dünya gələn insanlar ana yoldan uzaqda yaşadıqları üçün, bütün öz qədim-qayım özəlliklərini də qoruyub saxlaya bilmişlər. Beləliklə Azərbaycan Türkünün genetik modifikasiyasının özgür dəyərləri bu günlərə kimi qorunub saxlanmışdır. Belə bir anlamı ədəbi-poetik dünyamızın ruhunun enerjisinə çevirən İncə Vadisi şairlərimizin və eləcə də aşıqlarımızın rolu olduqca möhtəşəmdir. Hacı Mahmud Əfəndi, Veys Əfəndi, Məhəmməd Əfəndi, Əhməd Əfəndi, Kamal Qarani, Zəkəriyyə Mehman, Aşıq Kərəm İncəli, Məmməd İlqar, Akif Səməd, Nəvai Məmmədoğlu,  İbrahim İlyaslı, Rəfail İncəyurd, Məhəmməd Aslanbəyli, Məzahir Yaqub, Elnur Aslanbəyli, İlham Aslanbəyli, Aşıq Qərib İncəli, Aşıq Dilman, Aşıq Mahal İncəli, Aşıq Telman İncəli, Aşıq Arif Aslanbəyli, Aşııq Mahid Aslanbəyli və başqa ünlü simalarının sayı-hesabı yoxdur.

Məmməd İlqarın yaradıcılığının mayası adını sadaladığımız elin-obanın ruhunun bədii sözünün, poetik duyumunun ən ünlü simalarından birinə çevrilməsində çox önəmli rol oynamışdır. Faktiki olaraq, Məmməd İlqarın poeziyasının gücü onun min illərdir yol alıb gələn əski Türk şeirinin, onun bozkırlarda təbiətin ruhundan süzülüb gələn enerjisinin ruhunu bədiyyata çevrilməsindədir. Elə buna görə də Məmməd İlqar möhtşəmdir. Uca bir zirvəyə bənzəyir. Əlçatmaz ruhdur. Məmməd İlqar klassik söz ədəbiyyatımızı çağdaş enerji ilə bütünləşdirməyi bacaran şairdir. Onun poeziyasının gücü də bundadır. Sözün ruha, ruhun sözə çevrilməsinin incə-zərif özəlliklərini duymaq, Məmməd İlqar şerini anlamaq üçün kim İncə Vadisində olmayıbsa, çox mətləblərin nə demək olduğunu da dərk edə bilməz. İncə Vadisinin relyefi, təbiəti, landştaftı eynilə Türküstanda, Uralda və Altayda olduğu kimi başdan-başa bozkırlar aləmidir. Bozkırlar elə bir məkandır ki, orada təbiətin dili insan ruhuna çevrilir. İnsanın ruhu təbiətin bir parçası anlamı ilə bütünləşir.
Bozkırlar elə bir coğrafiyanı öz içinə alır ki, orada haqq-ədalət təbiət və insanın ortaq nizamına bülənd olur. Bütün bunlar Məmməd İlqar poeziyasının sirrinin açarıdır. O qutsal açar isə İncə Vadisinin özəlliklərindən qaynaqlanır.

Bizə qibləmizi göstər

Ey, televizyonçu!
Burax, bu duzsuz şouları.
Burax, bu əttökən əyləncələri,
kefləri.

Qeyrətimiz çürüyür axı, qardaş,
Yaddaşımız kiflənir...
Minillərdi üzü Kərbalaya ölür
bu millət

Dualarını yönü Kərbalaya deyir...-
Minillərdi dözmüşük, yenə dözərik,
hər bəlaya - deyir?..

Burax, bu əttökən əyləncələri,
Bizə qibləmizi göstər, əfəndim!
Xocalı çöllərini göstər!

O çöllərdə çiçəklərin üstündəki
qanı göstər!
Bizə qibləmizi göstər, əfəndim!
Şuşanı göstər hər gün!
Hər gün Şuşanı göstər!!!

 

Vətən

Vətən, başa çox iş gələr,
Baş əymə, başın sağ olsun.
Biz ölməyə doğuluruq,
Torpağın, daşın sağ olsun.

Neçə cəfakeşin qalır,
Bir evdən bir qoşun qalır,
Beşin ölsə, beşin qalır,
O qalan beşin sağ olsun.

Çat verir, çatlayır dözüm,
Sən çatlama, canım-gözüm.
Bizi ağlamağa gözün,
Bir də göz yaşın sağ olsun.

 

Qara camaat

Qara camaatıq biz,xanım-
Anadan olduqmu-qaragünlərik!
Bizim bundan ayrı adımız olmur...
Biz də gül açırıq-qara güllərik-
Bizim qırmızımız,agımız olmur!..

Niyəsə hey seçir,sincələyirsiz-
Talelər fırlanır ələyinizdə.
Siz aglar belə ki,ag eləyirsiz-
Qara qanlar axır ürəyimizdən.

Daşlara çırpıldı çiliklənmədi,
Sitəmli sevdalar boy atmadımı?
Atdıq zülmətlərə Məlikməmmədi-
Qara qoç belində qayıtmadımı?!

Daşır peymanamız,dolur onda ki,-
Kökünü görmürük çox bəlaların.
Qaraca balalar ölür öndə ki-
Ag olsun günləri ag balaların.

Dözürük dagına qara yellərin,
Alıb getdiyini sag gətirincə...
Çözürük agını qara yolların,
Qara gözlərimiz ag gətirincə.

Haqqa həsr edirik ömrü,həyatı,
Qara canımıza hər divan olur!..
Taxta qaldırırıq ag camaatı-
Qara başlarımız nərdivan olur.

Əşşi,nə dəyişər bu güzar-giley-
Qara camaatıq,xanım əfəndi!
Bizim baxtımıza ag deyilən şey,
Bir yol qismət olur-o da kəfəndi!!

 

Nədi çəkilibsən başa...

Nədi çəkilibsən başa,dag kimi,
Dagı dərəsindən başlanan dünya.
Qarası agıyla qoşa tag kimi-
Agı qarasından başlanan dünya.

Kimə yalmanırsan,kimə yağısan
Qana çalxanırsan-qan çanağısan
Bagır yarasısan,sinə dağısan
Bagır yarasından başlanan dünya.

Hanı daş tərəzin olanı çəkə,
Bir belə yanlışı,yalanı çəkə.
Fagır balalardı bəlanı çəkən-
Fagır balasından başlanan dünya.

 

Məni qəmli görüb,qəmdən oxuma

Zilə çək,
Sazini zilə çək, aşiq.
Bil ki,mən ölsəm də tapacaq məni
Qəbirdə olsam da tapacaq məni
Mənim taleyimə yol gələn işiq.

Gələcək,biryolluq köçüb gələcək,
Harda olur-olsun,uçub gələcək.
Aglama,başina döndüyüm uşaq,
Sənin taleyindən keçib gələcək
Mənim taleyimə yol gələn işiq...

 

Anamın saçının qara vaxtları

Hopub yaddaşıma göy qurşağıtək,
Göynəyir sinəmdə, sinə dağıtək,
Ovunmur evimin kür uşağıtək
Anamın saçının qara vaxtları.

Ah, necə duruydu eşqim, ay Allah,
Nə qədər təmizdi ürəyim onda...
Nələr vəd etməzdi mənə xəyallar,
Nə daşqın dənizdi ürəyim onda -
Anamın saçının qara vaxtları.

Bilirdim Göylərdə qar var, yağış var,
Bilirdim yollarda eniş - yoxuş var,
Bircə bilmirdim ki, bu yer üzündə
Neçə " yox olmaq" var,
Neçə "çıxış" var
Anamın saçının qara vaxtları.

Belə hərlənəsi başım yoxuydu,
Belə sellənəsi yaşım yoxuydu,
Sevgi məktubları yazırdım hələ-
Bu gidi dünyayla işim yoxuydu.

Anamın saçının qara vaxtları.
Hələ ümidlərin sıx vaxtlarıydı,
Arzumun çoxunun sağ vaxtlarıydı,
Baxtımın, günümün ağ vaxtlarıydı
Anamın saçının qara vaxtları.

Deyim ki, yuxuydu -
yuxu deyildi,
Deyim ki, nağıldı-
Axı deyildi?
Bir onu bilirəm, ay ağ saçlarım,
Anamın ömrünə yağı deyildim,
Anamın saçının qara vaxtları.

 

 

 

Dar günün şeiri

Yigildi başima dostum-qardaşim,
Dərdimi yüz yerə yozub getdilər.
Dünyani,zamani söydülər yenə,
Seltək coşub,
Yeltək əsib getdilər.

Gördülər dərdimin dərmani yoxdu,
Səbrim öz sinəmə sancilan oxdu,
Şöhrətim çoxdusa,dərdim də çoxdu
Bəlkə də dərdimdən bezib getdilər.

Dedilər-həyatdi,uyu dibində
Vayi dibindədi,
toyu dibində…
“Məlik”siz Məmmədəm quyu dibində,
Mənim kəndirimi kəsib getdilər.

 

Şəhidlər Xiyabanında deyilmiş iki yarpaq söz

1-ci yarpaq

Bu qirmizi kəcavədə
Gələn oglana yol verin.
Vətən nədi?-Vətən deyib
Ölən oglana yol verin
Ta sagalmaz yaralari,
Ha sari anam,ha sari...

Dagilan bürcüm-hasarim,
Qalam oglana yol verin.
Sirrim,sirdaşim oglana,
Yurdum,yurddaşim oglana,
Atam,qardaşim oglana,
Balam oglana yol verin.

2-ci yarpaq

Aglamam ahina qardaş,
Bizi ahimiz aldadir!-
Son Pənaha güvənirik
Son Pənahimiz aldadir...
Yaşdaniriq-yaş xəyaldi,
Yaşayiriq-boş xəyaldi...,

Hər gecəmiz xoş xəyaldi,
Hər sabahimiz aldadir.
Candan canimiz ayrilir,
Bundan anrimiz-ayridi...
Göydə Tanrimiz əyridi-
Yerdə şahimiz aldadir?!

 

Yerində

Tanri milyon ildi köhnə yerində,
Sular nəhrə dönür dəhnə yerində.
Taleyi baglidi Göylə Yerin də-
Gün Aya baglidi,Ay Yerə bagli.

Öndə ölən varsa arxa yenilməz
Bir yol qana hopan qorxu,min il bəs!
Ayqir ayiq olsa,ilxi minilməz-
İlxinin taleyi ayqira bagli!

Eldən ayri düşmək,ayri dagiymiş...
Hər anin şələsi dagdan agirmiş...
Əl ver,ay yuvasi-yurdu dagilmiş-
Əl ver,ay Qazaxli,ay Qarabagli!

 

Qara maşında sallaqxanaya aparılan Qara Kəhər

Alınası nəmərləri aldın,
Döydün döyüləsi xirmanımızı.
Otumuzu daşidin,
Suyumuzu daşıdın,
Gördün yaxşımızı,
yamanımızı-
Ömrü sona qədər bizə yaşadın!

Haqqını halal et,
ay qoca Kəhər
-Qədrini bilmədik-elə bilərsən...
Amma qorxuruq ki,bir gün,
bir səhər
Sən öz əcəlinlə ölə bilərsən.

Yeri Qara Kəhər
qardaşım Kəhər,
Anla ki,hər işin bir qaydası var.
Bagışla,
Bagışla bizi birtəhər-
Havayı ölməyin nə faydası var?.. 

16:24