Bəzən könül qırmaq insan öldürməyə bərabərdi...

 

Görəsən Şuşalılar nə vaxt itdən qorxublar?...

Hər qərib axşamlar payızın son günləribdə internetdə maraqlı yazılar axtarıb oxuyuram. Əlbəttdə Qarabağla, Şuşayla bağlı yazılar daha çox məni maraqlandırır...

Xətrini istədiyim, şəxsiyyətinə və yaradıcılığına böyük rəğbət bəslədiyim Aqil Abbasın Ədalət qəzetinin internet səhifəsində Qarabağ səfəri ilə bağlı silsilə publisistik yol xatirələrin oxuyuram..

Məqalələrdən birinə "İTDƏN QORXAN ŞUŞALILAR" başlıqlı adı verən Aqil bəyə bu məqaləni heç Sizə yaraşdırmadım...

Körpəlik və məktəb illəri Şuşada keçən nadinc bir uçaq olan Elman Mustafazadənin bir nəfər olsun itdən qorxana Şuşalıya rast gəlmədiyi halda, Ağdamda yaşayan, ara-sıra Şuşaya xəngəl yeməyə gələn Aqil Abbas harada itdən qorxan Şuşalı görüb əcaba? Çox maraqlıdır...

Çox təəssüflər olsun ki, şəxsiyyətinə böyük hörmət bəslədiyim Aqil Abbas nə Şuşanı, nədə şuşalının özünəməxsus mentalitetindən bir zərrə xəbəri belə yoxdur. Sadəcə Ağdamda ölü yerində, sünnət toylarında şuşalıların əlehinə uydurma rəvayətlər eşidib və onu həqiqət kimi oxucularına çatdırıb...

Hörmətli Aqil bəy Şuşalı olmaq hələ Şuşada doğulmaq deyil. Şuşalı olmaq  vətən yolunda, milli-mənəvi amal uğrunda gecə-gündüz təmənnasız çalışmaq, yeri gələndə ölümə hazır olmaq deməkdir. 

Unutmakı Şuşalıların əksəriyyəti bəy, xan nəsillərinin törəmələridir. Təbiyətcə çox alicənab olurlar, irslərində görmüş-götürmüşlük olar...

Ümumiyyətcə Şuşa camaatı xaraktercə çox təmkinli olarlar. Əlbətdə bəzi bölgələr kimi, bazar alverçiləri kimi hələm-hələm coşub daşmazdılar. Amma bu təmkinin bir həddi də var. O həddi keçdinsə qarşında qorxubilməz, cəsur, ölümün gözünə dik baxan bir cəngavərlər görərsən...Bunu mən icad etmirəm, bu şuşalı mentalitetidir. 

Hətta rəvayət söyləyirsənkı güya ikinci dünya müharibəsində hansısa şuşalı kışfiyatçı komadirinə məlumat verir ki, düşmənin tankın-rüfəngin keçə bilərik, ancaq ondə iki it var onu keçə bilmərik...

Vallah gülməlidir...

Hansısa cahil bir ağdamlının uydurduğu bu rəvayəti, görkəmli yazarımız və ziyalımız həqiqət kimi verirsə bizə yazıqlar olsun...

Şuşanın 4-5 kilometrliyində Zarıslı adlı kənd olub. İndi düşmən həmin kəndi yer üzündən silib. Zarıslı camaat cəsur, qorxubilməz və elə ağdamlılar kimi dəli-dolu olarlar. Öncə Zarıslı camaatından min dəfə üzür dilərəm. 

Belə rəvayət edirlərki Qarabağ xanı ipə-sapa yatmayan bir zarıslıya ağir cəza verir. Xan əmir edir ki, bu zarıslını 10 quduz it olan quyuya salın, qoy onu itlər parçalasın, digər zarıslılara da görk oldun. Az keçmir itlər quyudan zınqıldaşırlar. Baxırlar ki, bu Zarıslı balası itləri birdir boğur...

Əlbətdə bu bir rəvayətdir. İndi hörrmətli Aqil bəy əgər Şuşanın bir kəndindən belə bir rəvayət varsa, onda Şuşalının itdən qorxması hardan çıxdı?...

1989- cu olin noyabr ayinda Ağdanda rəhmətlik Eldar Bağıovun xeyir-duası ilə ilk könüllü özünümüdafiə dəsyəsinə rəhbər təyyin olub Ağdərənin Xatinbəyli kəndinə göndərildim. 

Tez-tez Ağdama  qərargaha, "Pionerlər Evi"ə gəlib sursat aparardım. Rəhmətlik Eldar bəyin yanında da sizinlə bir neçə dəfə görüşmüşük. Ədalət naminə deyim ki, o ağır illərdə həmişə Ağdamda olardın. Rəhmətlik Eldarla möhkəm dost idik, elə sizdə. Mənim yaxın qohumum Fazil Əliyevlə rəhmətlik Eldar bəylə uzun illər bir komandada futbol oynamışdılar...

Rəhmətlik Eldar bəy deyərdi: 

"Ay Elman bəy bizim Ağdamdan əfsanəvi qəhrəmanda çıxar, həmin qəhrəmanı yatdığı yerində başın kəsən əfsanəvi xaində çıxar." 

Əlbətdə ki, bu emosional deyilmiş bir sözdü, bunu həqiqət kimi hallandırmaq düzgün olmazdı...

Əziz Aqil bəy,  yadıma bir olmuş hadisə düşdü, qoy onuda deyim ki, Şuşalıları daha yaxından tanıyasınız... Bu barədə yazılarında qeyd etmişəm və yenə təkrar etməyi düşündüm...

Unuda bilmədiyim bir hadisədir; bunu mənə Şuşada  rəisi olmuş bir adam danışıb. Daha doğrusu o danışanda, mən təsadüfən eşitmişəm.

Demək, 70-ci illər imiş. 3-4 nəfər müəllim ara-sıra bir-birinə qoşulub dərsdən sonra yeyib içir, bala-bala vururmuşlar. Bu bir az mütəmadi xarakter alır. Bir gün necə olursa milisə düşürlər. Milis rəisi, şuşalının mahiyyətini anlamayan bu gəlmə nanəcib, qərar çıxarır ki, müəllimləri cəzalandırmaq üçün onlara küçə süpürtdürsün.

Rəis qərarı müəllimlərə oxuyur. Müəllimlər etiraz edir, deyirlər, biz tanınan adamlarıq, müəllimik, sinifə giririk, belə şey eləmə, nüfuzumuza, ləyaqətimizə toxunma. İndi bir xətadı olub, pul cəzası yaz, amma bizi biabır eləmə. Rəis deyir yox e, sizə tələbələrinizin qarşısında küçə süpürtdürəcəm ki, bir daha belə hərəkət eləməyəsiniz.

Müəllimin biri rəisə deyir ki, bacarırsan elə, özümü öldürərəm, amma küçə süpürmərəm. Mübahisə düşür, ara qarışır. Rəis görür ki, bu adam həqiqətən intihar edəcək, ona görə də qərarından geri çəkilir.

İndi buradan, Avropadan oturub baxıram ki, Naxçıvanda müəllimlərə, Yevlaxda həkimlərə küçə süpürtdürürlər, bağda, baxçada kol-kos təmizlətdirirlər. Həmin hadisə gözümün qarşısına gəlir… və düşünürəm;

İnsan boyun əyməsə heç bir rəis, heç bir müdir, heç bir hökumət onun boynuna minə bilməz. İnsanlarımız çox şeyə boyun əydilər. Bu hadisə mənə çox ibrətamiz gəlir, düşündürür, tez-tez yadıma düşür.

Şuşalı müəllim, adını çəkmirəm, çünki tanıyanlar olar, seçimini elədi, dedi; özümü öldürərəm, yaşamaram, amma sən, rəis olmursan, kim olursan ol, mənim ləyaqətimlə oynaya bilməzsən. Cinayətim varsa cəzalandıra bilərsən, mənliyimə toxuna bilməzsən. ölümü seçərəm, amma mənliyimi tapdalatmaram. Müəllimin intihar qərarı azğın, insan ləyaqətindən bir şey anlamayan milis rəisini geri oturmağa məcbur etdi.

Əgər şuşalılar böyun əyməyi bacarsaydılar yəqin Milli Məclisin yarısı şuşalı olardı...

Ona görə hörmətli Aqil bəy, Sizə də, Şuşalıların heysiyatı ilə oynamağı məsləhət bilməzdim...

Məqalədə hörmətlə adlarını çəkdiyiniz şəxsiyyətlərin əksəriyyəti mənə doğma insanlardı. Mən uşaq olanda həmişə özümü Kəllə Sabirə, Mustafa Müəllimə (Mustafa Fətəliyev) Novruz Müəllimə (Novruz Həsənov) bənzədərdim. Yeri gəlmişkən deyimki, Kəllə Sabir (Sabir Zeynalov) mənim mənəvi atam olub. Onun balaca oğlu Nazimə itdən qorxan demək olar? Nazımı pələnglə bir qəfəsə salsan, yəqin pələng özü səndən imdad diləyər...

Hörmətli Aqil bəy Şuşanın və şuşalıların ünvanına ehtiyatsız bir söz nəyinki Şuşa camaatına, eləcə də bu əfsanəvi şəhıri ölüm-dirim savaşı ilə işqaldan azad edən Azərbaycan əsgərinə, hətta mən deyərdim Ali Baş Komandana belə hörmətsizlik olardı... 

Çox xahiş edirəm Şuşa və şuşalılar haqda söz deyəndə diqqətli olmaq lazımdır. Şuşa bürov Azərbaycanın həssas və nisgil yeridir…  Bəzən könül qirmaq insan öldürməyə bərabərdi...

Lürfən hörmətli Aqil bəy tez-tez bənzərsiz şəhər olan Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya gəlin. Ziyalı necə olar, orada görə bilərsən. Müəllim necə olar, onuda Şuşada görə bilərsən. İnsanlıq, dostluq, iğidlik necə olar, onu da vallah Şuşada görə bilərsən. 

Ancaq Seyid Lazım Ağanın cəddi haqqı Şuşada itdən qorxan görə bilməzsiniz...

Sizə böyük hörmətlə:

Elman Mustafazade 
Avropada "Azərbaycanın Dostları"Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru. 

Xudaferin.eu

14:51