Vətənimin dərdi içimdə mənim,
Türk olmaq günahım, suçummu mənim?
Təbriz də mənimdir, Dərbənd də mənim,
Unutma tarixi, amandı, qardaş!
Bütöv Azərbaycan məramımda baş!
Bəzzin qalasıdır Babəkin yurdu,
Önündə diz çökdü neçə min ordu,
Tarixə əbədi möhrünü vurdu,
İndi bax halıma, yamandı, qardaş!
Bütöv Azərbaycan məramımda baş!
Soyum, köküm bəlli, türk qızı türkəm!
Böyük Azərbaycan ulusum, ölkəm!
Tomris, Nüşabəyəm, çoxuna görkəm!
Hökm etmiş türk xatun, yalanmı, qardaş?!
Bütöv Azərbaycan məramımda baş!
Körpülər, keçidlər bağlı, ot basmış,
Yadlar bayrağını bax, şəstlə asmış,
Gör neçə min yerdən qəlbə dağ basmış,
Qəlb evim virandı, talandı, qardaş!
Bütöv Azərbaycan məramımda baş!
Qalxdı ulu millət, titrədi cahan!
Yenidən yazıldı türklüyə dastan!
Qarabağ alındı, bu iş də tamam!
Son məqsəd, son amal Turandı, qardaş!
Bütöv Azərbaycan məramımda baş!
BÜTÖV AZƏRBAYCAN MƏRAMIMDA BAŞ!
Vətənimin dərdi içimdə mənim,
Türk olmaq günahım, suçummu mənim?
Təbriz də mənimdir, Dərbənd də mənim,
Unutma tarixi, amandı, qardaş!
Bütöv Azərbaycan məramımda baş!
Bəzzin qalasıdır Babəkin yurdu,
Önündə diz çökdü neçə min ordu,
Tarixə əbədi möhrünü vurdu,
İndi bax halıma, yamandı, qardaş!
Bütöv Azərbaycan məramımda baş!
Soyum, köküm bəlli, türk qızı türkəm!
Böyük Azərbaycan ulusum, ölkəm!
Tomris, Nüşabəyəm, çoxuna görkəm!
Hökm etmiş türk xatun, yalanmı, qardaş?!
Bütöv Azərbaycan məramımda baş!
Körpülər, keçidlər bağlı, ot basmış,
Yadlar bayrağını bax, şəstlə asmış,
Gör neçə min yerdən qəlbə dağ basmış,
Qəlb evim virandı, talandı, qardaş!
Bütöv Azərbaycan məramımda baş!
Qalxdı ulu millət, titrədi cahan!
Yenidən yazıldı türklüyə dastan!
Qarabağ alındı, bu iş də tamam!
Son məqsəd, son amal Turandı, qardaş!
Bütöv Azərbaycan məramımda baş!
Mafilə Müntəzir.
Xudaferin.eu
10:33