Çağırır indi bütün milləti imdada Vətən, Dəyişilməz ey oğul, cənnətə dünyada Vətən.
B.Vahabzadə
İllərdir ayrı düşmüşük, Dərd- qəm içində bişmişik, Bir ölüb, bir dirilmişik, Bu həsrətə son qoy Tanrım, Bütöv Azərbaycan andım.
Gözümdə yaş gilələndi, O tay, bu tay da vətəndi, Qovuşa bilmir nədəndi? Ürəyimdə sönmür yanğım, Bütöv Azərbaycan andım.
Xüda da afərin dedi, Bu körpü Xüdafərindi, Həsrətimdi, nisgilimdi, Bağlı qalıb hələ yolum, Bütöv Azərbaycan andım.
Bayraq taxıldı yaxana, Arazdı qəmli axan ha, Son qoyulsun bu hicrana, Nəhayət, bir olsun xalqım, Bütöv Azərbaycan andım. Mafilə Müntəzir. Xudaferin.eu
10:37
BÜTÖV AZƏRBAYCAN ANDIM.
İllərdir ayrı düşmüşük,
Dərd- qəm içində bişmişik,
Bir ölüb, bir dirilmişik,
Bu həsrətə son qoy Tanrım,
Bütöv Azərbaycan andım.
Gözümdə yaş gilələndi,
O tay, bu tay da vətəndi,
Qovuşa bilmir nədəndi?
Ürəyimdə sönmür yanğım,
Bütöv Azərbaycan andım.
Xüda da afərin dedi,
Bu körpü Xüdafərindi,
Həsrətimdi, nisgilimdi,
Bağlı qalıb hələ yolum,
Bütöv Azərbaycan andım.
Bayraq taxıldı yaxana,
Arazdı qəmli axan ha,
Son qoyulsun bu hicrana,
Nəhayət, bir olsun xalqım,
Bütöv Azərbaycan andım.
Mafilə Müntəzir.
Xudaferin.eu
10:37