“Bundan sonra Ermənistan-Gürcüstan münasibətləri daha da gərgin olacaq” – Politoloq
Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 25-27-də Gürcüstanda rəsmi səfərdə olub. Səfər zamanı bır sıra məsələlər müzakirə olunub.
Ermənistan prezidentinin səfərinin məqsədini, müzakirə olunan məsələləri, Ermənistan-Gürcüstan münasibətlərini Metbuat.az-a şərh edən politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, əslində Ermənistanla Gürcüstanın münasibətlərində kifayət qədər ziddiyyətlər var: “Ermənistan bir tərəfdən çalışır ki, Gürcüstanı hədələsin, istər Serj Sarkisyan özü olsun, istərsə də məşhur politoloqları olsun. Onlar dəfələrlə bildiriblər ki, Ermənist Cavaxetiya məsələsindən Gürcüstana qarşı istifadə edə bilər. Ermənistan guya Cavaxetiya məsələsində Gürcüstana qarşı istifadə eləmirsə, bu onların yaxşılığıdır. Təbii, başa düşürlər ki, Ermənistan üçün vacib olan yollar, kommunikasiyalar Gürcüstandan keçir. Ona görə Gürcüstanla münasibətləri yüksək saxlamağa da məhkumdular. Amma eyni zamanda, o da bəllidir ki, Ermənistan müstəqil dövlət deyil, onların sahibi Rusiyadır. Rusiyanın Gürcüstandan xoşu gəlmir. Gürcüstan Qərblə çox oturub-durur, hərbi proqramlar reallaşır. Axırıncı proqram səhv eləmirəmsə, 100 milyon dollar dəyərində hərbi texnika alınacaq. Onun da böyük əksəriyyəti “Javelin” adlı tank əleyhinə reaktiv mərmilərdir. Yəni bu, bütün dünyada tanka qarşı demək olar ki, ən güclü silahdır. Bunu amerikalılar öz pulları hesabına Gürcüstana verəcəklər. Maraq burasındadır ki, Gürcüstanın Amerikadan “Javelin” raketləri almasından Rusiyadan əvvəl Ermənistan narahatlığını bildirib. Bu qədər paradoksal bir vəziyyət yaranıb”.
Politoloq deyir ki, Ermənistanın Gürcüstandan asılılığını eyni zamanda başqa bir faktla da göstərmək olar: “Dekabrın 1-də Gürcüstanın baş naziri Georgi Kvirakişvili Ermənistana səfər etməli idi. Səfərə cəmi 5-6 saat qalmış Kvirakişvili Ermənistan səfərini təxirə salıb. Diplomatik praktikaya görə, Gürcüstan rəhbərliyindən kimsə Ermənistana səfər etməli idi, əsas da Kvirakişvili səfərini başa vurmalı idi. Ondan sonra isə Ermənistan rəhbərliyindən kimsə Gürcüstana gəlməli idi. Amma Serj Sarkisyan heç gözləmədi ki, Kvirakişvilinin səfərinin təxirə salınması aydın şəkildə müəyyən olunsun, gəldi Tbilisiyə. Diqqətçəkən başqa bir faktı da deyim ki, Tbilisidən Moskvaya getdi, yəni MDB-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasına. Bu da Ermənistan siyasətində təsadüfi deyil”.
M.Əhmədoğlunun sözlərinə görə, Serj Sarkisyan Tbilisidə gürcü həmkarı Georgi Marqvelaşvili ilə birgə mətbuat konfransında bildirib ki, Ermənistan qərar qəbul edərkən çalışır ki, Gürcüstanın maraqlarına zərər vurmasın: “Əslində Serj Sarkisyan bu bəyənatı ilə Gürcüstanı hədələdi. Çünki hamı bilir ki, o, yalan bəyənatdır. BMT Baş Assambleyasında, beynəlxalq qurumlarda Gürcüstanın ərazi bütövlüyü, qaçqınları ilə bağlı nə qədər səsvermə olubsa, Ermənistan həmişə onların əleyhinə səs verib, hətta neytral da qalmayıb. Əslində Serj Sarkisyan onu deməklə elə bil, Ermənistan adından Gürcüstana hədə gəlir ki, sənin maraqlarını tapdaya bilərəm”.
Politoloq bildirib ki, Ermənistanın ən çox arzuladığı mövzu kommunikasiya məsələləridir: “Ermənistan arzulayır ki, gürcü-obxaz dəmir yolu açılsın. Elə fikirləşirəm ki, Sarkisyan bu məsələdən bir az ruhlanmışdı. Çünki Gürcüstan İsveçrənin vasitəçi şirkəti ilə müqavilə imzalamışdı. Orada Gürcüstan öz üzərinə götürüb ki, fors-major hallarda, yəni böyük təbii fəlakət olsa, Ermənistanda zəlzələ olsa, Gürcüstan həmin gürcü-obxaz dəmir yolundan istifadəyə icazə verər. Yəni bu həmin dəmir yolunun açılmağı demək deyil, sadəcə fors-major hallarda ola bilər. Indi Sarkisyan da bundan istifadə edib istəyir ki, gürcü-obxaz dəmir yolunu açsın, amma elə Sarkisyan Ermənistana ayağını qoyan kimi Gürcüstanın xarici işlər naziri bəyənat verib ki, gürcü-obxaz dəmir yolunun açılması müzakirə olunmayacaq”.
Ermənistanın çox ciddi hazırlaşdığı məsələlərdən birinin Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulması olduğunu deyən politoloq qeyd edib ki, Ermənistan istəyir ki, bu dəmir yoluna qoşulması məsələsini Gürcüstan həll eləsin: “Hamı bilir ki, Gürcüstanın Azərbaycan qarşısında öhdəliyi var ki, Ermənistanı bu dəmir yoluna qoymayacaq. Ermənilər həm istəyirlər ki, Bakı-Tbilisi-Qarsa qoşulsunlar, həm də Dağlıq Qarabağ məsələsini həll etməsinlər. Çünki Azərbaycanın şərti budur ki, Ermənistan ancaq Dağlıq Qarabağ məsələsi həll olunduqdan sonra Bakı-Tbilisi-Qarsa qoşula bilər. İndi Ermənistan çalışır ki, Gürcüstan Azərbaycanı dilə tutub xahiş eləsin ki, Ermənistan da bura qoşulsun. Amma Kvirakişvili Serj Sarkisyanı yola verdi. O, Sarkisyanla ən axırıncı görüşdü və görüşündə Sarkisyana dedi ki, “gəl bu məsələni saxlayaq, nə vaxt Ermənistana gəlsəm, orda bu məsələni müzakirə edərik”. Hesab edirəm ki, bu səfərdə Ermənistan qarşısına nə məqsəd qoymuşdusa, alınmadı. Əksinə, mən gözləyirəm ki, bundan sonra Ermənistan-Gürcüstan münasibətlərində gərginlik yaransın. Həm Serj Sarkisyan çalışacaq ki, Rusiya adından Gürcüstana təzyiqlər etsin, eləcə də səfərdən sonra Serj Sarkisyanın rəhbərlik etdiyi hakim partiyanın mətbuat xidmətinin rəhbəri, Ermənistan Parlamentinin vitse-spikeri Eduard Şarmazanov elə fikir deyib ki, bu fikir hökmən gürcülərin xətrinə dəyəcək. O deyib ki, gürcülər Ermənistan prezidenti Serj Sarkisyanı özlərinə lider hesab edirlər. Bu, gürcü xalqı üçün təhqiredici sözdür. Gürcüstan xalqının lideri olub, var, gələcəkdə də olacaq. Ona görə də hökmən Gürcüstanın ictimai-siyasi mühitindən kimlərsə Şarmazanovun fikrinə reaksiya verəcək ki, Serj Sarkisyan heç vaxt gürcü xalqının lideri ola bilməz”.

Günay Elşadqızı / METBUAT.AZ
16:27
Digər xəbərlər