Bu qan qruplu insanlar xərçəngdən sığortalanıb

İsveç alimləri xərçənglə ən az üzləşən qan qrupunu təyin ediblər.

Aparılan tibbi araşdırmalar göstərib ki, I qan qrupu olanlar arasında xərçəng xəstəliklərinə digər qruplarla müqayisədə olduqca az təsadüf edilir.

Xudaferin.eu "ScienceNordic" nəşrinə istinadən bildirir ki, Karolina İnstitutu (İsveç) alimləri 35 il ərzində 1 milyondan çox insana nəzarət etdikdən sonra bu nəticələrə gəliblər.

Digər qruplara gəldikdə isə II qan qrupu olanlarda mədə xərçəngi, III və IV qan qruplarında isə mədəaltı vəzi xərçənginə daha çox təsadüf edilir.

xudaferin.eu

00:07