Bu ölkəyə xarici valyuta aparıb-gətirmək sadələşdirildi

2018-ci il yanvarın 1-dən Özbəkistana 2000 dollar ekvivalentində pul keçirmək və ölkədən bu məbləğədək pul çıxarmaq üçün fiziki şəxslərin icbari bəyannamə vermə qaydası ləğv edilir.

Trend-in məlumatına görə, bu barədə Özbəkistan prezidentinin “Fiziki şəxslər tərəfindən ölkəyə nağd xarici valyutanın gətirilməsi və ölkədən çıxarılması qaydalarının sadələşdirilməsi” haqqında fərmanında deyilir.

Yeni fərmana əsasən fiziki şəxslər Özbəkistana 2000 dollardan çox pul keçirəcəyi təqdirdə bəyannamə verəcəklər.

Bundan başqa, bu fərmanla Özbəkistandan bəyannaməsiz çıxarıla bilən maliyyə vəsaitinin həcmi 5000 dollar ekvivalentində müəyyən edilib.

 

19:39