Bu il dəm qazından 471 nəfər zəhərlənib

 

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə bu ilin yanvar-oktyabr ayları ərzində dəm qazından zəhərlənmə diaqnozu ilə 471 nəfər müraciət edib.

 

Bunu Trend-ə Səhiyyə Nazirliyinin KTM-nin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilənlər arasında ölüm halı qeydə alınmayıb. Zəhərlənmələrin hamısı evdə baş verib. 

A.Maqsudov qeyd edib ki, dəm qazından zəhərlənənlərin 70 faizi kişi, 30 faizi qadın olub. Müraciət edənlər daha çox 25-40 yaşlı və yaşı 55-dən çox olan şəxslər olub. Dəm qazından zəhərlənənlərin 24-ü uşaq olub.  A.Maqsudov dəm qazından zəhərlənmələrin sayının ötən ilin müvafiq dövrü üzrə olan göstərici ilə demək olar ki, eyni səviyyədə olduğunu söyləyib.

O əlavə edib ki, bu ilin sentyabr ayına kimi ilan sancmalarına görə, 96 nəfər müraciət edb. Müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb. Bu il göbələklərdən 9 nəfər zəhərlənib.

Cebhe.info

 

10:24