Bu gün Vasif Tağıyevin ad günüdür.

Yəqin o acı və həyacanlı günləri unutmamısınız...

Ancaq, unutsanız belə təcüblənmərəm... Ona görəki, Azərbaycan tv-lərində qəhrəmanlar, elm və mədəniyyət xadimləri təbliğ olunmur. Əvəzində isə kimləri...

Yadınızdadırsa 2023-cü il yanvarın 27-sində, Azərbaycanın Tehrandakı Səfirliyinə səhər-səhər silahlı basqın olmuşdu. Həmin o xain hücum zamanı Vasif Tağıyev həyatını riskə ataraq, ağır yaralanmasına rəğmən, silahlı cinayətkarı yalın əllə zərərsizləşdirmiş, bununlada neçə-neçə səfirlik əməkdaşlarını, onların ailə və uşaqlarını ölümün pəncəsində xilas etmişdi.

Göstərdiyi qərmanlığa görə Ölkə Rəhbəri İlhan Bəy Əliyev Cənaları, Vasif Tağıyevi 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif etmişdir.

Ürək ağrısı ilə qeyd edimki Vasif Tağıyev, həmin hadisədə əməkdaşı və yaxın dostu Orxan Əsgərovu itirmişdi. Allah Orxan Əsgərova rəhmət eləsin, doğmalarına səbr versin.

Qeyd edim ki, Tağıyev Vasif Natiq oğlu 1989-cu ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. Vasif evlidir, iki qızı, bir oğlu var. Allah hamısın saxlasın.

Gəlin, dövlətinə və xalqına sədaqətli övlad olan Vasif Tağıyevi, ad günü münasibətilə təbrik edəyin, ona möhkəm cansağlığı və karyerasında yeni-yeni zirvələr arzulayağın.

Öz adımdan və ailəmiz adından Vasifi xüsusi təbrik edir, onu övladım kim bağrıma basıram.

Böyük hörmət və rəğbətlə Elman Mustafazadə

Xudaferin.eu

16:36