O taylı, bu taylı vahid bir canam,
Baxır ögey kimi ağbirçək anam –
Öz ana dilini bilməyənlərə.
Tofiq Bayram
Azərbaycanda son prezident seçkiləri olduğu zaman ömrümdə ilk dəfə mən də iştirak etdim və istədiyim namizədə səs verdim. Həmin ərəfədə kimə səs verməyim ilə maraqlanan jurnalist Xanıma da cavab verdim. Otuz il süllü-sülaləsi köçkün həyatı yaşayan, el-obası işğaldan azad olunan, həsrətin çəkdiyi Şuşasına, Qarabağına sərbəst gedib-gələn bir adam sizcə kimə səs verə bilərdi?...
Nəyisə...
Keçək əsas məsələyə...
Prezidentliyə namizədlərin çıxışlarını dinləyir, onların xalqa söylədikləri platforma nağılları məni narahat etmirdi, məni narahat edən onların dövlətin rəsmi dilinə olan münasibətləri idi.
Bütün namizədlər dövlətin rəsmi dilində deyil, məhəlli ləhcələrdə, bölgə dialektində danışırdılar.
Əlbəttə, hamı bilir ki, Azərbaycanda deputatlar və prezidentliyə namizədlərin əksəriyyəti hansı bölgənin dialektində danışa bilərlər...
Olsun..
Məni düşüdürən, narahat edən rəsmi dövlət dilinə münasibətdir.
Avropa ölkələrində Azərbaycandakı kimi, demək olar ki, hər şəhərin, bölgənin öz ləhcəsi var. Ancaq bölgə ləhcəsi ilə yanaşı bir də dövlətlərin rəsmi dili var.
Yəni körpələr uşaq bağçasında dövlətin rəsmi dilini öyrənirlər. Tələffüz edə bilmədikləri hərifləri düzgün tələfüzlərini uşaqlara çətinliklə də olsa, məşq yolu (trening)ilə öyrədirlər.
Əlbəttə, uşaqlar evlərində ehtiyac olarsa valideyinləri ilə region ləhcələrində, dialektlə danışa bilərlər...
Hələ bu illər ərzində bir nəfər olsun Avropada hansısa bir siyasətçinin rəsmi dili bir kənara qoyub, dialektlə, bölgə ləhcəsində danışanı nə gördüm, nə də eşitdim.
Yalnız Ermənistan mətbuatının yazdığına görə, köçəryan-sarkişyan prezidentlər cütlüyü (Azərbaycanda rəsmi olaraq cinayətkar siyahısındadırlar) rəsmi erməni dilində deyil, erməni dilinin ən eybəcər ləhcəsində danışırları deyilir. Buna görə ciddi tənqid olunurmuşlar. Hətta onları gülüş obyektinə çevriliblər...
Allaha şükür ki, bizim baş nazirlərimizdən xəbərləri yoxdur. Heç siz də bir adama deməyin... Bizim baş nazirlər danışanda adam oturum uşaq kimi dilin halına ağlamaq istəyir..
Nəyisə...
Qayıdaq mətləb üstünə...
Azərbaycanda son prezident seçkiləri ilə bağlı namizədlərin çıxışların dinləyirəm, demək olar ki, əksəriyyəti dövlətin rəsmi danışıq dilini bilmirlər və əksəriyyəti bölgə dialektində, məhəlli ləhcələrdə danışırlar.
Bazarda bir hülü (şaftalı), şor, qarpız satan alverçi, arzuman küftəsi bişirən bir aşbaz məhəlli ləhcəsində danışa bilərlər, qəbahət deyil, bəs siyasətçilər?
Partiya rəhbərləri, prezidentliyə iddialı bir siyasi xadim, sizcə, xalqın önündə məhəlli ləhcədə danışa bilər? Bu nə qədər etikdir?..
Düzü, mən məhəlli ləhcələrlə, bölgə dialektində danışan Azərbaycanda partiya rəhbərlərinin çoxunu tənqid etmişəm və buna görə özümə kifayət qədər "düşmən" toplamışam, ancaq gənc patiya rəhbəri Tural Abbaslı tənqiddən nəticə çıxarıb dil qüsurlarını aradan qaldırdı. Doğrudur, ara-sıra tsırta-tsurtu var, onu da güman edirəm getdikcə nizama salır...
Çox təəssüflər olsun ki, Azərbaycanda bir çox siyasətçi, elm və mədəniyyət xadimləri, yüksək çinli məmurlar dövlətin rəsmi dilində danışa bilmirlər. Ya bölgə dialektində, ya da məhəlli ləhcədə danışırlar. Bu biyabırçılıqdır.
Milli Elmlər Akademiyamızın isə sanki Naxçıvan dialektindən başqa dialektdə, ləhcədə, hətta dövlət dilində danışan tapmaq, qaranlıqda iynə axtarmaq kimi bir şeydi... (yumor)
Bu gün Azərbaycan TV və radiolarının əksəriyyəti dövlətin rəsmi dilində qüsurlu danışırlar. Aparıcıların əksəriyyəti əlifbamızda olan Ç və C hərfini belə düzgün tələffüz edə bilmirlər. Kamran Həsənlinin təbirincə desək: efirdə “tsırta-tsırurt" salıblar...
Azərbaycan dilindəki Ç və C hərfinə rus dilindəki Ц və Д səsi ilə çox tələffüz edəndə, dilimizin şirinliyi itir və ana dilimiz xoşagəlməz bir məhəlli ləhcəyə çevrilir…
Təsəvvür edin əsəblərə işləyən məhəlli ləhcə ilə danışan siyasi bir lider, həm də prezident olmaq istəyir... Yazıq millət, gəl indi otur bunlara qulaq as..
Əziz Azərbaycanın siyasi, elm və mədəniyyət xadimləri, bölgə dialektində, məhəlli ləhcələrdə evinizdə, bölgənizdə, məhəllənizdə, kəndinizdə-kəsəyinizdə danışa bilərsiniz, rəsmi dairələrdə yox!
Azərbaycan xalqının önundə isə dovlətimizin rəsmi dilinin qaramatık normada, dialektsiz, ləhcəsiz danışmaq borcunuzdur! Daha bunun başqa cırtı-pırtı yoxdur!
Başa düşün ki, Azərbaycanın rəsmi dövlət dilinin əlifbasında "Ц", Д" hərfi mövcud deyil!
Öyrənmək ayıb deyil. Gedin araşdırın görün, rəhmətlik dövlət xadimləri İmam Mustafayev, Şixəli Qurbanov, Heydər Əliyev özü necə savadlı, şirin, bəzən çıxışlarında isə incə yumor qataraq necə gözəl danışırdılar.
Elə çağdaş siyasətçilərdən: İsa Qəmbər, İqbal Ağazadə, Əli Kərimli və digər siyasətçilər dövlət dilində, dialektsiz, ləhcəsiz çox savadlı gözəl danışırlar. Hətta bəyənmədiyimiz Hafiz Hacıyev belə Azərbaycan türkcəsini çox məntiqli və qəşəng danışır. Söhbət onların nə danışıqlarından getmir, söhnət onların dövlət dilinə sayqılarından gedir.
Mədıniyyət sahəsində çalışmış Məhluqa Sadıqovanın, Rafiq Hüseynovun, Roza Tağıyevanin, Ofeliya Sənaninin, Şahmar Ələkbəruvun və digər sənətçilərimixin letn yazılarını dinləməkdə fayda var. Görün dilimiz necə şirin-şəkərdir. Onda dilimizidə sevərsiniz..
Bundan əlavə onlarla yazıçı, sair tanıyıram ki, dilimizi çox gözəl danışırlar. Azərbaycan xanımları varki dilimizdə danışanda sanki nəğmə dinləyirsən. Xanımlar tanıyıram ki, danışanda adam Azərbaycan dilinin gözəlliyinə heyran olursan. Mən hörmətli yazarımız Xanım Mehriban Vəziri dinləyəndə onun nə danışdığından çox, dilimizə heyran oluram.
Bu gün Azərbaycanda dilimizi gülüş halına salan reklamlara, böyük ticarət mərkəzlərinin, şadlıq saraylarının əndərabadi adlarına baxanda, dilimizə nə qədər laqeyd yanaşıldığını görüb adamın ürəyi ağrıyır…
Bunun əsas səbəbi məmur ordumuzun əsasən rusdilli azərbaycanlılardan ibarət olmasıdır.
Otuz ildən çoxdur müstəmləkədən qurtulub özgür olsaq da, dilimiz hələ də rus dilinin əsirliyindədir..
Son olaraq qeyd etməliyəm ki, bağçada uşaqlara ana dilimizi dialektsiz, ləhcəsiz öyrətməliyik. Həmçinin uşaqlara bir Avropada dilinin baza şəklində təməli qoyulmalıdır.
Bundan əlavə uşaqlara milli rəqsləri, üzməyi, dükanlarda alış-veriş etməyi öyrətməliyik.
Bir sözlə, əgər millətimizin və ölkəmizin işiqli gələcəyini istəyiriksə, körpələrimizə sahib çıxmalıyıq.
Qaldı uşaq puluna- uçaqların malını, pulunu, bağcalarda uşaqların ərzaq payını yeyənlərin irin-qan olub gözündən gəlsin.
Güman edirəm ki, bu yazıya görə heç kim məndən inciməz, əksinə nəticə çıxarar…
BU GÜN DİLİMİZ NƏ GÜNDƏDİR?
Bu gün azad dilli Azərbaycanam,

Hamınıza hörmətlə: Elman Mustafazadə
P.S. Yazıda xırda-para nöqsanlar varsa, üzür dilərəm. Nəzərə alınkı bəndəniz 35 ildir vətəndən uzaqlarda yaşayır..
Xudaferin.eu
14:51