“Bu, birmənalı qisasdır!” – Moskvadan NATO-nun 29-cu üzvünə savaş elanı
“Miodraq Vukoviç bilirdi ki, Monteneqronun NATO-ya daxil olması barədə qərarı Moskvanı hirsləndirəcək. Amma gözləmirdi ki, buna görə Rusiyada kamerada olacaq”.
Bu haqda ABŞ-ın “Financial Times” nəşri yazıb.
Monteneqronun hakim partiyasından olan deputatı bildirib ki, onu ötən bazar günü Moskvanın “Domodedovo” aeroportunda polislər saxlayıblar. Belarusa uçmaq istəyən deputat yeməksiz və susuz səkkiz saat saxlanılıb, daha sonra isə deportasiya edilib.
“Bu, birmənalı qisas idi”, - deputat hadisə ilə bağlı açıqlamasında deyib.
Amerika nəşri yazır ki, keçmiş Yuqoslaviya respublikası hazırda NATO-nun 29-cu üzvü olmasına görə ona dəyəcək zərərləri hesablayır. Ötən həftə NATO-nun Brüssel sammitində ittifaq Monteneqronun üzvlüyünü dəstəkləyib, qəti qərar iyunun 5-də təsdiq ediləcək. Apreldə isə Kreml “sanitar normalar”ı əsas gətirərək Monteneqronun şərablarına embarqo tətbiq edib. Rusiyaya ixrac 2016-cı ildə 10 milyon butulka təşkil edirdi. Bundan başqa, həmin ay Rusiya Monteneqronun turizm sənayesinin zərər verəcək kitabça dərc edib. Ölkənin turizmi Rusiyadan gələn qonaqlardan güclü asılıdır.
“Monteneqroda anti-Rusiya isteriyasının yüksəlişi qeyd edilir”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Bəziləri yalnız turizm deyil, həm də iqtisadiyyatın başqa sektorları üçün nəticələrdən ehtiyat edirlər. Artan gərginliyin əlamətlərindən biri Vyana beynəlxalq arbitraj məhkəməsinə Oleq Deripaski tərəfindən verilmiş iddia oldu. 2005-ci ildə Monteneqronun ən böyük alüminium zavoduna sərmayə qoyan Rusiya milyarderi investisiyaların qanunsuz mənimsənilməsində ölkə hökumətini ittiham edir”, - məqalədə deyilir.
Monteneqroda Rusiya diasporasına başçılıq edən vəkil Aleksandr Xrqian optimizmi saxlayır və iddia edir ki, rusiyalılar üçün bu ölkə əvvəlki kimi çox gözəldir. Ancaq o etiraf edir ki, potensial Rusiya investorları və turistlərdən bir sıra zənglər alıb və onlar artan gərginlikdən narahat olduğunu bildirirlər. Monteneqronun baş naziri Duşko Markoviç təkid edir ki, ölkə nə NATO-ya sədaqətindən, nə də Qərblə inteqrasiya planlarından imtina etməyəcək. “Biz Moskvanın istənilən qərarına hazırıq. Bizi heç nə bizim seçdiyimiz yoldan dönməyə məcbur etməyəcək”, - o, jurnalistlərə söyləyib.

Publika.az
09:08
Digər xəbərlər