BU BİR BAŞQA SEVİNCDİR

 

Bu bir başqa sevincdir,
Tikan çıxdı canımdan!
Bütün dünya danışır,
Ordumuzun şanından.

Ali baş komandanın,
Əmrinə hazır ordum.
Bu gün Şuşa azaddır,
Bizə qovuşmuş yurdum.

Qədim qala üstündə,
Dalğalanır bayrağım.
Göylərdən nurun alır,
Üstündəki hilalım.

Xankəndim, Xocalım da,
Artıq azaddır, azad!
Bu gün bayram günüdür,
Qurulan büsata bax!

Düşmənin yarattığı,
Mif dağılmış, yox daha!
Xalqım inamla baxır,
Açılan hər sabaha.

Bax, gömüldü tarixə,
Yalan, şər dolu zillət.
Səs salıbdır cahana,
Yenilməz, ulu millət!

Getdiyi yol müqəddəs,
Saxlaya bilməz heç kəs!
Qarabağ Azərbaycan!
Göyə ucalır bu səs.
                     
Mafilə Müntəzir.
Xudaferin.eu

10:47