Bəstəkar Fərəc Qarayevin əsəri beynəlxalq festivalda səsləndiriləcək

 

Noyabrın 4-də “Moskva payızı” 39-cu Beynəlxalq müasir musiqi festivalı çərçivəsində İrkutsk Vilayət Filarmoniyasında “Anqara sahillərində Moskva payızı” adlı konsert proqramı təqdim ediləcək.
 

İrkutsk Filarmoniyasının saytında yer alan məlumata görə, konsertin proqramına bəstəkar, əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin “Elitist (moz)art” əsəri də daxil edilib. Əsəri İrkutsk Qubernator Simfonik Orkestri səsləndirəcək.

Xudaferin.eu

RF. "Moskva Bürosu"

 

09:48