BƏŞƏRİYYƏTİ TƏHLÜKƏLƏRDƏN XİLAS ETMƏLİYİK......

"Kollektiv Qərbin" [ əsasən: ABŞ , Böyük Britaniya , Fransa ] hakimiyyətə gətirdiyi "İran İslam Respublikası"nın
molla rejimi AĞALARININ əmrini yetirməklə məşğuldur.
Qərbin tapşırığının məqsədi və mahiyyəti İranın dini liderlərinin əli ilə islam dinini gözdən salmaq və müsəlmanların birləşməsinə mane olmaqdır.
Bu tapşırığın yerinə yetirilməsini asanlaşdlrmaq üçün QƏRB İDEOLOQLARI
İslam dininin müsəlmanların özlərinin əli ilə məhv edilməsi taktikasını seçiblər.
Min il bundan əvvəl Papa
II Urban 1095-ci ildə Yaxın Şərqdə "müqəddəs torpaqları" türklərin əlindən zorla alınması tələbi ilə çıxış etmiş ; kasıb və yoxsul Avropa dövlətlərini müsəlman türklərinə qarşı SƏLİB YÜRÜŞLƏRİNƏ çağırmışdı .
Lakin tarixdən məlumdur ki , əsrlərlə davam edən bu yürüşlər hər dəfə məğlubiyyətə uğramışdı.
İstəklərinə çatmayan KOTOLİK QƏRB İDEOLOQLARI sonralar ; tamam fərqli və yeni taktikanı işə saldılıar.
Yeni taktikaya görə SƏLİB YÜRÜŞLƏRİ bir - biri ilə rəqabətdə olan ;
Ərəb xilafətinin süqutundan sonra İslam dünyasını təmsil edən Türkiyəyə və Slavyan dünyasını təmsil edən Rusiyaya qarşı yönəldildi.
Amma bu dəfə də Səlibçilər [ Kollektiv Qərb ] hər iki istiqamətdə məğlub oldular.
Daha sonra Qərb Rusiya və Türkiyəni əks düşərgələrə bölərək bir- birinə qarşı qoydu.
Bu taktikanın hədəfi :
-- Güclü Osmanlı Türk müsəlman və Rus slavyan imperiyalarını bir - biri ilə döyüşdürüb hər ikisini zəiflətmək ;
-- Səlib yürüşlərini davam etdirmək ;
-- Dünya ölkələri üzərində yalnız Qərbin üstünlüyünü təmin etmək idi.
Etiraf etməliyik ki ,
Qərbin yürütdüyü anti - Türk və anti -
Rusiya siyasəti özünü doğrultu.
Türkiyə ilə Rusiya arasında əsrlər boyu davam edən müharibələr nəticəsində hər iki tərəf [ Müsəlman Türk Osmanlı İmperiyası və Slavyan Rus imperiyası ]
ağır vəziyyətə düşdü .
Rus imperiyasının ardınca ; Qərb dövlətlərinin kollektiv hücumu nəticəsində Birinci Dünya Müharibəsindən sonra Osmanlı Türk İmperiyası süquta uğradı.
Lakin TÜRK XALQLARI ruhdan düşmədi.
Min illərlə dövlətçilik ən - ənələrinə malik olan türk xalqları sarsılmadı.
Türk dövlətləri dirçələrək inkişaf etməyə başladı.
Bu gün Türkiyənin liderliyi ilə Türk Dövlətləri Təşkilatı sürətlə güclənir.
Hazırda 21-ci əsrdə yaşayırıq.
Lakin KOLLEKTİV QƏRBİN STRATEJİ İDEOLOGİYASI ƏSASINDA SƏLİB YÜRÜŞLƏRİ davam edir.
İndiki yürüşlərdə hədəf əsil müsəlmanları "oyuncaq müsəlmanların" ;
[ indiki halda: İran molla rejiminin ] ;
Provoslavları isə provaslavların [ indiki halda : Rusiya - Ukrayna müharibəsi ] əli ilə zəiflətməkdir.
Təsüflər olsun ki , Kollektiv Qərb qismən də olsa istəyinə çatıb.
Bu müharibələr nəticəsində son illər yüz minlərlə müsəlman ; eləcə də yüz minlərlə provoslav xristian məhv edilib.
Düşünürük ki :
1. Yaxın Şərq və ətraf ölkələr üçün təhlükə yaradan İran molla rejimi aradan qaldırılmalı onun yerində dünyəvi - demokratik idarəetmə hökümət qurulmalıdır.
2. Rusiya - Ukrayna müharibəsi təcili dayandırılmalıdır.
3. Qərbin Səlib yürüşləri durdurulmalıdır.
Hesab edirik ki : Bəşəriyyəti təhlükələrdən xilas etmək üçün BMT-nin təşkilatçılığı ilə dünyanın aparıcı dövlətlərinin : [ ÇİN , ABŞ , BÖYÜK BRİTANİYA , RUSİYA , AVROPA İTTİFAQI , TÜRKİYƏ DÖVLƏTLƏRİ TƏŞKİLATI ] siyasətçiləri və mütərəqqi ictimayyəti təcili olaraq ortaq məxrəcə gəlməli ; müsbət qərarlar qəbul etməlidir.

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq.
Xudaferin.eu

15:23