Bəşəriyyət Tac-Mahalı itirə bilər

Hindistanın Ali Məhkəməsinin hakimləri hökumət dairələrin laqeydliyinə cavab olaraq Tac-Mahal kompleksinin sökülməsinə dair qərar çıxaracaqları ilə hədələyiblər.

Xudaferin.eu “ The Sydney Morning Herald”a istinadla xəbər verir ki, məhkəmə mavzoleyin inşa olunduğu ağ mərmərə vurulan ziyanın bərpasının artıq mümkün olmayacağını bildirib.

Qeyd olunub ki, məqbərənin bu hala gəlməsində ölkənin və Uttar-Pradeş ştatının hakim dairələri cavabdehlik daşıyır. 

“Ya biz Tac-Mahalı bağlayırıq, ya da siz onu bərpa edirsiniz”, - hakimlərin hökumətə göndərdikləri bəyanatda deyilir.

Öz növbəsində hökumət bildirib ki, problemin həlli Hindistan Texniki Universitetinə həvalə olunub. Müvafiq hesabatın hazırlanmasına isə 4 ay tələb olunacaq.

Xudaferin.eu

14:10