Bərzaniyə sonucu zərbə: İraq ordusu hücuma keçir

 

İraq ordusu Türkiyə və Suriya sərhədində yerləşən qondarma “Kürd Muxtariyyətinin nəzarətindəki bütün sərhəd buraxılış məntəqələrini ələ keçirmək üçün Feys Habur bölgəsində peşmərgə qüvvələrinə hücuma başlayıbdır
 

Artıq Suriya ilə sərhəddə toplanan İraq ordusunun hədəfində həmçinin Mosulun şimal-qərbindən keçən neft boru kəməri də var. Qondarma “Kürd Muxtariyyəti”nin təhlükəsizlik şurası İraq ordusunun son 48 saat ərzində təmas xəttinə yaxın ərazilərə çox sayda ABŞ istehsalı olan tanklar, zirehli maşınlar və “Hammer”lər cəlb etdiyini bildirib.
Bütün bunlarla yanaşı, İraq hökuməti açıq şəkildə bildirib ki, ölkənin ərazi bütünlüyü ən vacib şərtlərdən biridir. Bu gün artıq İraq dövləti bir neçə il öncə mövcud olan vətəndaş savaşı mərhələsini geridə qoyubdur. Dövlət bütün var gücü ilə hər hansı qeyri qanuni silahlı birləşmələri və etnik-dini zəmində bölücülük siyasi yürüdən mərkəzləri anındaca yerində oturdacaqdır.

Xudaferin.eu
“Orta Doğu Bürosu”  

 

09:45