Bərzanini dəstəkləyən laçınlı məmur işdən qovuldu

 

Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev vəzifəsindən azad edilib. Bununla bağlı Laçın RİH-də iclas keçirilib və qərar qəbul olunub. Hələlik icra hakimiyyətinin Hüquq şöbəsi müdiri vəzifəsinə təyinat yoxdur.

 

Qeyd edək ki, bir müddət öncə, F.Tanirverdiyev özünün Feysbuk profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti Feysbukda və mətbuatda ciddi tənqid olunub. Həmçinin F.Tanirverdiyev barəsində araşdırılma aparılması üçün millət vəkili Vahid Əhmədov və digərləri Baş Prokurorluğa müraciət etmişdilər. Noyabrın 18-də isə F.Tanirverdiyevin adı Laçın Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsindən çıxarılmışdı. Onun vəzifədən azad edildiyini bu fakt təsdiqləsə də, İcra Hakimiyyətindən heç kim bu haqda mediaya danışmaq istəməmişdi.
 

Cebhe.info

 

10:28