Bərzanidən növbəti HİYLƏGƏR TƏKLİF – Bağdad qəbul edəcəkmi?

 

İKBY rəhbərliyi, ABŞ-ın nəzarəti altında İraq ordu birlikləri və Peşmərgənin Türkiyə sərhədinə birlikdə yerləşməsini təklif edib. Mərkəzi hökumətin təklifi qəbul etməsi gözlənilmir.

İraqda nəzarət etdiyi sərhəd qapılarını mərkəzi hökumətə təhvil verən Məsud Bərzani, Türkiyə sərhəddinə Ordu birlikləri və Peşmərgənin birlikdə yerləşməsini təklif edib.

Beynəlxalq agentlik “Reuters”in son dəqiqə xəbərinə görə, Bərzaninin təklifində ABŞ-ın rəhbərlik etdiyi IŞİD əleyhidə beynəlxalq koalisiyanın nəzarətində İraq Ordusu və Peşmərgənin Türkiyə sərhəddində yerləşməsi tələb olunur. Bərzani sözügedən təklifi bir yaxşı niyyət göstəricisi kimi təqdim edib.

Bağdad rəhbərliyinin təklifi qəbul etməsi gözlənilmir. Çünki belə bir vəziyyət İraqın suverenliyiə hörmətsizlikdir və gələcək baxımından müəyyən riskləri də özündə daşıyır. Çünki Peşmərgə ilə birgə ABŞ ordusunun da nəzarət və müşahidə bəhanəsi ilə sərhəddə yerləşməsi onlara bir legitimlik və status qazandırır ki, sonradan da bunu təlafi etmək daha çətin olacaq.

Bundan başqa İKBY rəhbərliyi mərkəzi hökümətlə danışıqlara rəğmən hələ də 25 sentyabr referendumunun nəticələrini ləğv etməyib və bu da o anlama gəlir ki, nəticələr İraqın gələcəyinə qoyulmuş potensial gec patlayan bir bombadır. Mühit yaranan kimi ilk addımdaca referendumun nəticələrini elan edərək müstəqilliklərini bəyan edəcəklər.

Ayrıca ABŞ ordusunun Türkiyə sərhəddində müşahidəçi adı altında olsa belə yerləşməsi Türkiyənin təhlükəsizliyini təhdid edən bir vəziyyət yaradır. Çünki ABŞ ordusunun sərhəddə yerləşməsi PKK terroçularının birdəfəlik regiondan süpürülməsinə imkan verməyəcək ki, bu da hər an Türkiyə üçün yeni terror və təxribatlar anlamına gəlir.
 

Müxalifət.az

 

10:28