Brüsseldə Xocalı soyqırımı mitinqi

 

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə olacaq tədbirlərdə Azərbaycan nümayəndə heyəti iştirak edəcək.

Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyasının binası önündə Azərbaycan dövləti dəstəkli Xocalı soyqırımı mitinqi olacaq. Azərbaycanlı və Türk Xalqları Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Belçika-Azərbaycan Dostluq Cəmiyyəti birgə Xocalı faciəsinin 25-ci ildönümüylə bağlı fevralın 21-26 tarixlərində Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində silsilə tədbirlər həyata keçirəcək. Fevralın 23-də Brüssel şəhərində Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş xatirə toplantısı olacaq.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə olacaq tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayılov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Xalq Cəbhəsi" qəzetinin Baş redaktoru Elçin Mirzəbəyli, ATXƏM-in icra katibi, "Birlik" jurnalının Baş redaktoru İlqar İlkin iştirak edəcəklər.
Fevralın 24-də Brüsseldə - Avropa İttifaqı siyasətinin planlaşdırıcısı və koordinatoru olan Avropa Komissiyasının binasının yerləşdiyi “Place Schuman” meydanında yerli saatla 12:00 - 13:30 arası reallaşacaq mitinqə Azərbaycan və Türkiyə diaspora təşkilatlarının nümayəndələri, tələbələr və yerli sakinlər qatılacaq.

Xudaferin.eu
“Avropa Bürosu”

 

08:54