Brüsseldə Avropa İttifaqının sammiti işə başlayıb

 

Təhlükəsizlik və müdafiə, miqrasiya böhranı, Brexit Avropa İttifaqının (Aİ) iyunun 22-23-də Brüsseldə keçiriləcək növbəti sammitinin başlıca mövzularıdır. Aİ liderləri ilk növbədə Avropanın sığınacaq vermək sistemində islahatlar prosesinə başlamaq və birgə müdafiə fondunun yaradılması barədə razılığa gəlmək niyyətindədirlər. Şimali Avropa qaz kəmərinin gücünün iki dəfə artırılması layihəsi daha bir müzakirə mövzusu ola bilər.

 

Avropa Komissiyasının nümayəndəsi sammitin gündəliyi barədə jurnalistlərə məlumat verərək bildirib ki, məhz təhlükəsizlik və müdafiə sahəsini son dərəcə əhəmiyyətli sayır. Brüsselin fikrincə, mövcud xarici və daxili təhlükələr fonunda avropalılar sadəlövhlükdən əl çəkməli və elə düşünməməlidirlər ki, hər kəs öz təhlükəsizliyini təkbaşına təmin edə bilər. Avropa Komissiyasının yüksək vəzifəli məmuru deyib: “Biz həm müdafiə sahəsində, həm də daxili təhlükəsizliyin səviyyəsinin artırılması ilə bağlı məsələlərdə səylərimizi lap çox artırmalıyıq”.

Bu mövzu Avropanın təhlükəsızliyinə Birləşmiş Ştatların təminatını şübhə altına alan yeni ABŞ prezidentinin vəzifələrinin icrasına başladıqdan sonra daha aktual olub.

Xudaferin.eu
“Avropa Bürosu”

09:25