Britaniyalı tədqiqatçı: Qarabağdakı qanunsuz əməllər ətraf mühitə də mənfi təsirlərini göstərir

Bu, etiraz aksiyasının keçirilməsi normal haldır. Bu etirazlar münaqişələr olan yerlərdə bəzi siyasətçilərin və oliqarxların qarışıqlıqdan istifadə edərək korrupsiya və oğurluq vasitəsilə qeyri-qanuni vəsait mənimsəmələrinin qarşısını almağa kömək edəcək. Belə münaqişələr təkcə sizin ölkədə deyil, dünyanın digər yerlərində də mövcuddur.
Bu fikriləri AZƏRTAC-a müsahibəsində böyük britaniyalı tədqiqatçı Taras Kuzio söyləyib.
T.Kuzio qeyd edib ki, Qarabağda həyata keçirilən oğurluq və korrupsiya əməlləri ətraf mühitə də mənfi təsirlərini göstərir. Bu da sonu bilinməyən qanunsuzluğa və özbaşınalığa aparıb çıxara bilər.
"Ermənistan üçün proseslərdən çıxış yolu 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata əməl etmək, buna uyğun olaraq sülh müqaviləsini imzalamağa razılaşmaqdır. Əgər qarşı tərəf bunu etsə, regionda münasibətləri normallaşdıra bilər", - deyə tədqiqatçı vurğulayıb.
Onun fikrincə, Ermənistan anlamalıdır ki, sülh müqaviləsinin imzalanması hər iki ölkənin ekoloji sisteminə də müsbət təsir edəcək. Bu, eyni zamanda, Azərbaycan və Ermənistan üçün faydalı olacaq.

Xudaferin.eu

23:30