Bricit Brink: "Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qeyri-sabitdir"

Münaqişənin nizama salınmasının Ermənistan üçün də müsbət nəticəsi olacaq. "Aprel hadisələri Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvonun qeyri-sabit olduğunu göstərdi."

Bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfirliyində jurnalistlərlə görüş zamanı ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink deyib.
"Biz hesab edirik ki, status-kvo qeyri-sabitdir", - Bricit Brink söyləyib. O, danışıqların bərpa edilməsi və etimadın möhkəmləndirilməsi üzrə işlərin aparılmasının vacibliyini vurğulayıb. B.Brink xüsusi vurğulayıb ki, münaqişənin nizama salınmasının Ermənistan üçün də müsbət nəticəsi olacaq.

Xudaferin.eu

14:13