“Brexit”in başlanacağı tarix məlum olub

Böyük Britaniyanın Baş naziri Tereza Mey martın 14-də Krallığın Avropa İttifaqından rəsmən çıxma proseduruna start verə bilər.

Xudaferin.eu xəbər verir ki, bu barədə The Daily Telegraph məlumat yayıb. 

Nəşrin məlumatına görə, prosedurun tez bir zamanda başlanmasına Nazirlər Kabineti təkid edir.

Martın 13-də Britaniya Parlamentinin Lordlar palatası lordlar tərəfindən “Brexit” prosedurunun başlamasına dair qanun layihəsinə edilən dəyişiklikləri nəzərdən keçirməyi planlaşdırır.

Bu prosedur “pinq-ponq” adını alıb, belə ki, parlamentarilər tərəfindən tam təsdiq edilənə qədər sənəd Parlamentin bir palatasından digərinə yönləndiriləcək. 

Xudaferin.eu

17:39