“Brexit”dən sonra Avro klirinq biznesi Londondan çıxarıla bilər

 

 

Avropa Birliyi gəlirli avro klirinq biznesinin Londondan çıxarılması üçün qanun qəbul edib.

 

Qanun “Brexit”dən sonra bu biznesin Londondan tamamilə çıxarılmasını və ABirliyinin  tərkibində saxlanılmasını nəzərdə tutur. London hazırda bu ticarətin 4-də 3-nü həyata keçirir ki, həmin sektorda mindən çox işçi çalışır. Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis “Brexit”-dən sonra Aİ qanunlarında bəzi dəyişikliklərin edilməsinin vacib olduğunu bildirib.
Qeyd edək ki, İngiltərə uzun müddətdir ikibaşlı siyasi oyunlar oynamaqla bir yandan Avropa Birliyinin yaradılması təklifi ilə çıxış etmiş, o biri yandan isə, özünü mühafizəkar bir ölkə qismində müdafiə etmək üçün bu birlikdən çıxmaq kimi taktiki addımlar atmışdır. Beləliklə də Avropa Birliyi kimi uluslararası böyük bir qurumun ciddiyə alınmaması kimi ünsürlər ortaya çıxmışdır.

Xudaferin.eu
“Avropa Bürosu”

 

09:20