“Brexit” referendumundan sonra Britaniyada immiqrasiya səviyyəsi 30 faizədək azalıb

 

Böyük Britaniya Daxili İşlər Nazirliyinin statistik məruzəsinə əsasən, ölkədə immiqrasiya səviyyəsi 30 faizdən çox azalıb və 2016-cı ilin iyun ayından 2017-ci ilin iyununadək 230 min nəfər təşkil edib.

Həmin dövr ərzində Birləşmiş Krallığa 572 min nəfər gəlib, 342 min nəfər isə ölkədən gedib. Aİ ölkələrindən gələn insanların sayı əvvəlki dövrlərə nisbətən ciddi şəkildə azalıb. Əsasən də Böyük Britaniyaya işləmək üçün gələnlərin sayında xeyli azalma müşahidə edilib. Xatırladaq ki, Böyük Britaniya 2019-cu il martın 29-da – “Brexit” prosesinin başlandığı vaxtdan düz iki il sonra Avropa İttifaqını tərk etməlidir. Hazırda London və Brüssel Aİ-dən çıxma şərtləri barədə danışıqlar aparır, lakin proses qarşıya çıxan çoxsaylı çətinliklər səbəbindən ləngiyir.
 

Xudaferin.eu

"Avropa Bürosu"

 

15:01