Brent nefti 44 dollara düşüb

 İranın istehsalı artırması, ABŞ-da aktiv neft quyularının sayının Fevral ayından bu yana ən yüksək səviyyəyə çıxması və bunlara bağlı olaraq qlobal hasilat çoxluğunun davam edəcəyi gözləntiləri ilə ucuzlaşır. “Marja” xəbər verir ki, Bakı vaxtı ilə 08:30-da Qərbi Texas nefti (WTI) Nymex birjasında 9 sent düşərək 43.32 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 2 sent düşərək bareli başına 44.73 dollara enib. Neftin qiyməti, OPEC-in 30 Noyabrdakı toplantısında istehsalın azaldılması razılaşmasının həyata keçirilməsi məsələsində uğursuz olacağı narahatlıqlarına bağlı olaraq, son 3.5 həftədə 52 dollar səviyyəsindən geriləyir.

Baker Hughes Inc.-ının Cümə günü açıqladığı məlumatlara görə, artan məhsuldarlıq istehsalçılara neft axtarışını genişləndirmək imkanı yaradıb. ABŞ-da qazılan neft quyularının sayı May ayından bu yana 130-dan çox artıb. İran Neft nazirliyinin mətbuat xidmətinə görə, ölkənin qərbində üç neft sahəsində istehsa 2013-ci ildəki   gündəlik 65,000 bareldən 250,000 barelə qaldırılıb.

Xudaferin.eu

10:07