Braziliya: həbsxanada qiyam zamanı azı 50 nəfər ölüb

Braziliyanın Manaus şəhərindəki həbsxanada baş verən qiyamın gedişində azı 50 məhbus ölüb. Reuters agentliyinin yerli təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadla yaydığı məlumata görə, insidentə bir-biri ilə rəqabət aparan bandalar arasında dava-dalaş səbəb olub. Hakimiyyət orqanları insidentin miqyasını dəqiqləşdirməyə çalışırlar və qurbanların sayının artacağı istisna edilmir. Yerli telekanallar, həmçinin xeyli sayda məhbusun qiyam zamanı yaranmış qarışıqlıqdan istifadə edərək həbsxanadan qaçdığı barədə xəbər yayıblar.

Reuters

14:25