Bu ünlü fikir babasını, şairi, ozanı, böyüklü-kiçikli hamının çox yaxşı tanıdğı ustad Məmməd İsmayıl ömrünün ahıl çağında da könül mizrabını böyük qürurlar dinləndirən nadir söz adamlarımızdan biridir. Qardaş Türkiyəmizdəki Çanaqqala şəhərindəki 17 Mart Universitetinin professoru kimi bu gün də ədəbi yaradıcılığını davam etdirməkdədir. Əslində onun son 20 ildə Türkiyədə yaşaması, həm də bütün Türk Dünyasına könül və ruhunun mayasını bütünləşdirmək deməkdir.
Dəyərli oxucularımıza, həm Güney Azərbaycanda, həm Quzey Azərbaycanda və eləcə də bütün milli diasporumuzda bir daha bu böyük USTADI tanıtmaq qərarına gəldik.
Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində sadə əməkçi ailəsində dünyaya gəlmişdir. 1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada iki illlik Ali Ədəbiyyat kursunu bitirmişdir. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1958-1960-cü illərdə Bakı Baş Tikinti idarəsində fəhlə, 1960-1964-cü illərdə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində klub müdiri, 1964-1965-ci illərdə Tovuz rayon Partiya komitəsində statist, 1965-1966-cü illərdə Qazax rayonlararası "Qalibiyyət bayrağı" qəzetində korrektor, 1966-cı ildə Bakıda fəhlə yataqxanasında baş tərbiyəçi, 1966-1973-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975-1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976-1980-ci illərdə Cəfər Cabbarlı adına Azərbaycanfilm studiyasının elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980-1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983-1992-ci illərdə gənc yazıçıların "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988-1992-ci illərdə Azərbaycanda demokratik düşüncənin gəlişməsində öncül rol oynayan, toplumu milli azadlıq mücadiləsinə səsləyən tirajı 300 minə çatan "Gənclik" dərgisinin yaradıcısı və baş redaktoru,1989-1993-cü illərdə Azərbaycan Xalq Hərəkatının öncüllərindən biri kimi Demokratik Qüvvələr Birliyinin həmsədri, 1992-1993-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri şirkətinin sədri vəzifələrində çalışmışdır. 1995-96-cı illərdə Türkiyədə TİKA və Türk Dil Kurumunun ortaq sözlük projesində uzman vəzifəsində işləmişdir. Hazırda qardaş Türkiyənin Çanaqqala 19 Mart Universitetində professor kimi fəaliyyət göstərir.
Məmməd İsmayılın əsərləri 50-dən çox dünya xalqlarının dilinə tərcümə edilən şair, müxtəlif ölkələrin sənətkarlarının bir çox əsərini tərcümə edərək azərbaycan və türk dilində çap olunub. Bir çox xarici ölkənin (Türkiyə, Ukrayna,Moldova, Macarıstan və.s.) ədəbiyyat ensiklopediyalarında həyatı və ədəbi fəaliyyəti ilə bağlı məqalələr nəşr edilmiş, həyat və yaradıcılığı haqqında (Azərbaycanda və Türkiyədə) yüksək lisans və doktorluq dissertasiyası yazılmışdır. Dünyanın 30-dan çox ölkəsində keçirilən konfrans və şeir festivallarında (Türkiyə, Almanya, Hindistan, Vyetnam, Kuba, Rusya, Ukrayna, Belarus, Polşa, Litva, Türkmənistan, Suriya, Rumınya, Serbiya, Bosniya, Qaradağ, Litva, Burkino-Faso və.s.) Türkiyə və Azərbaycanı layiqincə təmsil etmişdir. Rumınyada yayınlanan Dünya Şeir antologiyasında Azərbaycan şeri onun əsərləri ilə təmsil olunmuşdur (2015). Adına Türkiyədə “Akademik Şiir Ailesi Yazarlar Kurumu” tərəfındən ildə bir sənətkara verilmək üzrə "Mehmet İsmail Edebiyyat ödülü" tesis edilmişdir. İndiyədək Azərbaycan, Türk, fransız, yapon, rus, qazax və başqa dillərdə 30-dan çox bədii və elmi kitabı, 300-dən artıq məqaləsi çap olunmuş, 50-dən çox şerinə mahnı bəstələnmişdir..
Ustadın fəxri adları, mükafatları və nailiyyətləri
1969-cu ildə hazırladığı Azərbaycan televiziyası tarixində ilk milli proqram olan "Odlar diyarı" silsilə verilişlərə görə Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən televiziya tarixində ilk dəfə "Qızıl qələm", 1978-ci ildə Bakıda çap olunmuş "Söz vaxtına çəkər" və Moskvada çap olunmuş "Dəymiş nar dənələri" kitablarına görə Respublika Lenin komsomolu və Moskvada çap olunmuş "Yerlə göy arasında" kitabına görə Ümumittifaq Ostrovski adına mükafatlarına, 1979-cu ildə "Ceyran Muğana qayıdır" sənədli filminin ssenarisinə görə isə SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin qızıl medalına layiq görülmüşdür. 1996-cı ildə Türkiyə Diyanət Vəqfinin Məhəmməd peyğəmbərin kutlu doğum həftəsi münasibətilə keçirdiyi şer yarışının qalibi olmuş, 1997-ci ildə Türkiyənin ən əhəmiyyətli mükafatlarından biri olan Türkiyə Yazarlar və Sənətkarlar Vəqfinin Türk Dünyasına Hizmət ödülü Azərbaycandan ilk dəfə ona verilmişdir. Türkiyənin Konya şəhərində keçirilən "Saz və söz bayramın"da iştirak edərək 1990, 1991, 1995 -ci illərdə bayramın 1-ci mükafatına – böyük qızıl medallarına, 2012 il sentyabrın 10-16 Krımın Koktebel şəhərində keçirilən 10-cu Şeir Simpoziumunun Birincilik diplomuna, 2014-cü ildə Rusya Yazıçılar Birliyinin S.Yesenin adına "Qızıl payız" medalına və diplomuna layiq görülmüşdür.
Azərbaycan Türkcəsində yayınlanan kitabları:
Ana əlləri (Şeirlər), Azərnəşr, Bakı,1966
Dünyaya baxıram (Şeirlər), Gənçlik nəşriyyatı, Bakı,1969
Axşamlar, səhərlər (Şeirlər), Gənçlik nəşriyyatı, Bakı,1972
Söz vaxtına çəkər... (Şeirlər), Azərneşir, Bakı,1976
Qoymayın dünyanı adiləşməyə (Şeirlər), Gənçlik nəşriyyatı, Bakı,1978
Baxtıma düşən gün(Şeirlər), Yazıcı nəşriyyatı, Bakı, 1978
Hələ yaşamağa dəyər(Şeirlər), Gənçlik nəşriyyatı, Bakı, 1981
Döyüş, qələbə (Şeirlər), Yazıcı nəşriyyatı, Bakı, 1978
Dünya bizim evimizdir (Şeirlər), Gənçlik nəşriyyatı, Bakı, 1984
Aman təklik əlindən (Şeirlər), Yazıcı nəşriyyatı, Bakı, 1987
Ümiddən asılan qılınclar (Şeirlər), Yazıcı nəşriyyatı, Bakı, 1990
Seçilmiş Şeirlər, Azernəşr, Bakı, 1992
Yaş altmışa dayandı Müxalifət qəzetii Yayınları, 2000
Sazın söz karvanı (Elmi çalışmaları) Şirvan nəşriyyatı, Bakı, 2009
Yoxun Varlığı, (Şeirlər), Maarif nəşriyatı,Bakı, 2002
Poemalar. Sabah nəşriyatı, Bakı, 2010
Xalq nəğmələri (Tərcümə, tərtib, önsöz), İşıq nəşriyatı, Bakı,1992
Hüseyn Nihal Atsız, Bozqurdlar (Tərcümə və önsöz),Yazıçı nəşriyyatıvi, Bakı,1993
Sevgi şeirləri, Qanun nəşriyyatı, 2014
İz (Roman), TEAS PRESS nəşriyyatı, 2015.
Türkiyədə yayınlanan kitabları:
Seçkin Şiirler, Diyanet Vakfı Yayınları, Ankara,1993
Bu Kan Yerde Kalan Değil (Şiirler), Diyanet Vakfı Yayınları, Ankara, 1998
Türk’ün Sevgisi, Milli Eğitim Basımevi, İstanbul, 2000
Molla Penah Vâgif, Yaralı Turna, Millî Eğitim Basımevi, İstanbul, 2000
Dillen Telli Sazım, Azerbaycan Aşıkları ve Saz Şairleri (Antoloji), ÇOMU Matbaası, Çanakkale, 2011
Unuttuğun Yerdeyim (Şiirler), Bengü neşriyatı, Ankara, 2012.
Rus dilində yayınlanan kitabları:
Zerno Spelogo Granata (Olğunlaşmış nar dənələri) Sovyet Yazıçısı Yayınevi, Moskova, 1977
Paşnya Nad Morem (Dəniz Üzərində Əkin), Molodaya Gvardiya Yayınevi, Moskova,1978
Slovo Skazannoe vo Vremya (Zamanında Deyilmiş Söz,) Sovyet Yazıçısı Yayınevi, Moskova, 1982
Mej Neboy i Zemle(Yerlə Göy Arasında,) Molodaya Gvardiya Yayınevi, Moskova, 1986. Svyatıni Moi (Kutsallarım Benim) (Seçkin şiirler), Bedii Edebiyat Neşriyatı, Moskova, 1989
Lirika, Azwrneşir Yayınevi, Baku, 1992
Ne Dayte Miru Stat Obıknovennı (Doymayın Dünyanı Bəsitləşməyə) Yazıcı neşriyatı, Baku, 1992
V Mesto Psma(Məktup Yerine) İslok nəşriyatı, Moskova, 2011.
Fransız dilində yayınlanan kitabları:
Desten (Talih) Şiirlər və Hekayələr. La compagnie Litteraire.Paris 2008
Un Nomme Dans la Turmenete D l’hıstoıre La compagnie Litteraire.Roman Paris, 2010.
Qazax Türkcəsində yayınlanan kitabları:
Jürek Odu, Yazıçı Yayınevi, Alma-Ata, 1989
Yapon dilində yayınlanan kitabı:
Duet of colors (Renglerin düeti)Japan Universal Poets Associantion.Kyoto,Japon, 2016.
Dəyərli oxucularımız bu siyahılardan da gördüyünüz kimi, Məmməd İsmayıl bir şair kimi heç bir zaman sözünü və qələmini yerə qoymamışdır. Daim könül duyğularını, ruhunu və öz içində daim onu düşünməyə məcbur edən mövzuları gündəmə gətirməklə fikir və düşüncələrimizin inkişafına çalışmşdır. Bütün bunlar bəşəri mənada insanlıq, eləcə də bizlərin, TÜRK İRQİ-nin inkişafı üçün atılan addımlardır. Yaşadığımız XXI yüzil özünün ötən yüzilliklərdən tək bir fərqi odur ki, bu gün fəlsəfi baxımdan sinergetika dönəminə addım atırıq. Bu, bir şəxsin deyil, millətin və dövlətin, düşüncələrin və baxışların liderə çevrilməsi deməkdir. Məmməd İsmayıl fikir babası kimi məhz bunları bizlərə təlqin edir. Bu, indi dünyanın qloballaşan düzənində TÜRK DÜNYASI anlamına olan baxışların köklü şəkildə dəyişməsini bir konsep olaraq irəli sürür. Ruhumuzun qidası olan duyğu və könüllərin sinergetik baxımdan həm də böyük bir enerjiyə çevrilməsi elə dünyanın özü ilə birbaşa bir bütün olmaq deməkdir. Bundan böyük bəşəri mənada humanizmin əbədi abidəsini yaratmaq mümkün deyil. Bu abidənin təməli Məmməd İsmayıl yaradıcılığının məhək daşıdır.
Məmməd İsmayılın yaradıcılığının bir sahəsi də kino sənəti olmuşdur. Onun ssenarisi əsasında çəkilən xeyli bir-birindən maraqlı olan əsərlər vardır. Məmməd İsmayılın filmoqrafiyası:
Xalq istedadları (film, 1974)
Həmrəylik günü (film, 1976)
Zamanın əsas yolu (film, 1977)
Yay günləri (film, 1977)
Ovçu, vurma məni (film, 1977)
Ukraynada Azərbaycan mədəniyyəti günləri (film, 1978)
Qardaşlaşmış... (film, 1978)
Şuşa (film, 1978)
Qəribə adam (film, 1979)
Tikən də biz, sökən də (film, 1981)
Cinayətin astanası (film, 1985)
Geriyə baxmağa dəyər (film, 1985)
Haqqın dərgahı (film, 1991)
Hikmətli miniatürlər (film, 1991).
Məmməd İsmayıl elə bir şair, yazar, elm xadimi və şəxsiyyətdir ki, o ömrü boyu kimsənin qarşısında baş əyməyib. Bütün həyatını qürurla yaşamış və hamının yanında alnıaçıq nadir aydınlarımızdan biridir. Təkcə baş əydiyi bir məkan var. O, vətən uğrunda Azərbaycanda, Türkiyədə, İraqda, Suriyada, Güney Azərbaycanda, Doğu Türküstan, Quzey Kıbrısda canını milləti üçün fəda verən şəhidlərdir.
Məmməd İsmayıl ruhu sözə, sözü ruha çevirən azman ustadlarımızdandır. Bunu dərk etmək üçün yetər ki, Məmməd İsmayıla onun gözü ilə baxasan, duyğuları və ruhunun ilham qaynaqlarını hiss edə biləsən. Çox dəyərli Məmməd Bəy sizə daha böyük uğurlar diləyirk. İllər boyu verdiyiniz mücadilənin bundan sonar daha böyük mənada uğurları ilə birgə sevinəsiniz.
Məhkum
Ana bətnindən ölümə qədər,
Bu dünya bir tuneldir.
Girdinmi ,çıkxası yox.
Saralmış yarpağa dönər,
Gerçəyə dönəndə arzu.
Tökülməyə məhkumdur hər yarpaq,
Axmağa məhkumdu hər su.
Yaxşı bax,
Bəlkə məzarına töküləsidir
Ayağının altındakı qum.
O qayıqlar bu dənizsiz nəyə yarar ki,
O dənizlər bu boğazdan keçməyə məhkum.
Gecə aya, gündüz günə məhkum,
Sən qürbətə, qürbət sənə məhkum,
Məhkum, yenə məhkum, yenə məhkum…
Bu yaşda nә gözüm,nә göz yaşlarım,
Könlümün gözündәn düşdü saçlarım …
Boynu buruq qalan ehtiyaclarım,
Tәsәlli arıya-arıya qaldı…
Daha kәrәmlәrin yoxdu, Lәlәsi,
Dünya dediklәri ölüm tәlәsi…
Bundan belәsimi?Bundan belәsi
Mәnә yox, sәnә yox,Tanrıya qaldı…
Oxu bungünlərin nəğmələrini
Yollar gələləcəyə uçan qanaddır,
Qaldı dilimizdə “piyada”, “atlı”,
Ehtiyac qalmadı at sürətinə.
Sənət yollarında bəhsin var hələ,
Gur səslər içində səsin var hələ.
Yetər az yedəklə söz kəhərini
Ey ürək arzunun çat sürətinə—
Oxu bu günlərin nəğmələrini...
De, niyə salmısan sözü kəsərdən,
Yoxsa şerimizin urası gəlib.
Ulduzlu xəbərlər döyür qapını
Uçan boşqabların erası gəlib.
Qəribə yarışı ağılla hissin.
Əgər istəyirsən itməsin izin,
Sına qılınc kimi söz kəsərini—
Oxu bu günlərin nəğmələrini...
Qıy ürək qanına, can həvəsinə,
Dolan qarış-qarış şəhəri, kəndi.
Şığıyan illərin səs ver səsinə
Geciksən, deyərlər sözü tükəndi.
İşıq ol, arzuya, ümidə, işıq
Elə şairlər də işıq çəkəndi.
Dolaş obaların xeyir-şərini,
Oxu bu günlərin nəğmələrini...
Bir azca şübhəm var Araz sözünə,
Axı o qədər də ara, az deyil.
Dərdi damarımda vərdişə döndü,
İndi heç Araz da o Araz deyil.
Bizim aramızda məhəbbətə bax,
Qardaş köməyinə qadaş ərinir,
Demə günümüz var qabaqda yaxşı,
Dünən də yaxşıdır, sabah da yaxşı—
Oxu bu günlərin nəğmələrini...
İnsan əməlinə güzgüdü torpaq,
Mən də o güzgüdə özümə baxım.
Bağbanın fərəhi bağların barı,
Ömrün üz ağlığı-əlin qabarı,
Qabarlı əllərdə dözümə baxın
Çiçəyə dönərib alın tərini!
Oxu bu günlərin nəğmələrini...
Harınlar böyüyür peysər yağlı,
Əlini tərpətmə, gözü, əldədir.
Kim bilir arxası haraya bağlı,
Gözü, o gözəldə, bu gözəldədir.
Azmı uşaq kimi aşıq yığanlar,
Duyan könüllərədən işıq yığanlar,
İçənələr özgənin alın tərini.
Beləsi yanında nə el, nə Vətən.
Neçə ki kiminsə bəxti gətirmir,
Neçə ki dünyada taleyi kəm var,
Baxma yollarında yüz cür sitəm var,
Baxma xallarında qəzəb var, qəm var,
Oxu bu günlərin nəğmələrini...
Oxu bu günlərin nəğmələrini...
Gedər
Dili “yox” desә dә, saçı külәkdә
Әsib narın-narın әl eylәr, gedәr.
Dərdin dənizimi dinər ürəkdə
Göz yaşı ovcunu göl eylәr gedәr..
Boyundan uca böyük ustad Məmməd İsmayıl

Xəzri gilavar arası
İçimdәki havanın
Qayıb mәtni çatışmır.
Hәlә millәt olmanın
Ana bәtni çatışmır.
Gözlәrә sәpilәn qar
Şerinin başlıqları.
Göz yaşıyla doldurar
Tarixi boşluqları...
Olum,ölüm kimidir
Yurdun o tay bu tayı.
Azadlıq iqlimidir
Şah İsmayıl Xәtayi...
Hәlә ruhu göylәrә,
Bәdәni yerә çәkir.
Bu iki aralıqda
Koroğlu nәrә çәkir.
...Hamı bir-birin düşmәn
Kimin kimnәn var arası.
Bir tanrı әyriliyi var,
Xәzri gilavar arası...
Tanrıya qaldı…
Yaşıl işıqları keçdi ömrümün
Axırda ümidim sarıya qaldı.
Yazdan yarımadı doğulduğum gün
Payızda yarıdan yarıya qaldı…
Çağırma, geriyә dönmәz o çağlar,
Külünә yenilib söndü ocaqlar...
Ömür hәvәsindәn düşdü yarpaqlar,
Budaqlar ağrıya-ağrıya qaldı…
Bircә mәn bilirәm nә çәkir tәklәr
Nә keçmişlәr varmış, nә gәlәcәklәr…
Soldu çәmәnlәrdә güllәr, çiçәklәr
Ağrısı, acısı arıya qaldı…
Bu yaşda nә gözüm,nә göz yaşlarım,
Könlümün gözündәn düşdü saçlarım …
Boynu buruq qalan ehtiyaclarım,
Tәsәlli arıya-arıya qaldı…
Daha kәrәmlәrin yoxdu, Lәlәsi,
Dünya dediklәri ölüm tәlәsi…
Bundan belәsimi?Bundan belәsi
Mәnә yox, sәnә yox,Tanrıya qaldı…
Oxu bungünlərin nəğmələrini
Yollar gələləcəyə uçan qanaddır,
Qaldı dilimizdə “piyada”, “atlı”,
Ehtiyac qalmadı at sürətinə.
Sənət yollarında bəhsin var hələ,
Gur səslər içində səsin var hələ.
Yetər az yedəklə söz kəhərini
Ey ürək arzunun çat sürətinə—
Oxu bu günlərin nəğmələrini...
De, niyə salmısan sözü kəsərdən,
Yoxsa şerimizin urası gəlib.
Ulduzlu xəbərlər döyür qapını
Uçan boşqabların erası gəlib.
Qəribə yarışı ağılla hissin.
Əgər istəyirsən itməsin izin,
Sına qılınc kimi söz kəsərini—
Oxu bu günlərin nəğmələrini...
Qıy ürək qanına, can həvəsinə,
Dolan qarış-qarış şəhəri, kəndi.
Şığıyan illərin səs ver səsinə
Geciksən, deyərlər sözü tükəndi.
İşıq ol, arzuya, ümidə, işıq
Elə şairlər də işıq çəkəndi.
Dolaş obaların xeyir-şərini,
Oxu bu günlərin nəğmələrini...
Bir azca şübhəm var Araz sözünə,
Axı o qədər də ara, az deyil.
Dərdi damarımda vərdişə döndü,
İndi heç Araz da o Araz deyil.
Bizim aramızda məhəbbətə bax,
Qardaş köməyinə qadaş ərinir,
Demə günümüz var qabaqda yaxşı,
Dünən də yaxşıdır, sabah da yaxşı—
Oxu bu günlərin nəğmələrini...
İnsan əməlinə güzgüdü torpaq,
Mən də o güzgüdə özümə baxım.
Bağbanın fərəhi bağların barı,
Ömrün üz ağlığı-əlin qabarı,
Qabarlı əllərdə dözümə baxın
Çiçəyə dönərib alın tərini!
Oxu bu günlərin nəğmələrini...
Harınlar böyüyür peysər yağlı,
Əlini tərpətmə, gözü, əldədir.
Kim bilir arxası haraya bağlı,
Gözü, o gözəldə, bu gözəldədir.
Azmı uşaq kimi aşıq yığanlar,
Duyan könüllərədən işıq yığanlar,
İçənələr özgənin alın tərini.
Beləsi yanında nə el, nə Vətən.
Neçə ki kiminsə bəxti gətirmir,
Neçə ki dünyada taleyi kəm var,
Baxma yollarında yüz cür sitəm var,
Baxma xallarında qəzəb var, qəm var,
Oxu bu günlərin nəğmələrini...
Oxu bu günlərin nəğmələrini...
Gedər
Dili “yox” desә dә, saçı külәkdә
Әsib narın-narın әl eylәr, gedәr.
Dərdin dənizimi dinər ürəkdə
Göz yaşı ovcunu göl eylәr gedәr..
Kimdən əsirgədi torpaq varını,
Bulaqlar suyunu, bağlar barını.
Günəşə tapşırıb qışın qarını,
Bahar, qönçələri gül eylər gedər...
Tək əlin səsi yox, nə çıxar təkdən...
Alar qismətimi çarxı fələkdən,
Keçər, nə keçərsə, kesçsin ürəkdən
Çıxıb gözün üstən yol eylər gedər.
Tale dodağında bir yanıq neysən..
Hicrət nəğməsidir çaldığın eyzən
Qürbətdən vətənə qoşan gileysən,
Sən yox, əvəzinə gileylər gedər..
Naqq hakim olarsa könül köşənə,
Dualar oxumaq dönər peşənə.
Ayağın altına uğur döşənər,
Başının üstündən mələklər gedər..
İlk ümid, son məkan
Ayağımın altında
Qar yatır xırıp-xırıp.
Yoxsa, qismətim məni
Qışa qonaq çağırıb.
Aman, çıxar yaxamdan,
Qəlbim necə döyünür.
Çay kənarı, dəyirman...
Xatirələr üyünür.
Bu da dalgın söyüdlər-
Qırovlanıb saçları.
Baxar, gözü yol çəkər,
Tək ev,
qoz ağaçları...
Suyuna daş atılmaz,-
Don vuran çaylar şüşə.
Atam burdan gedibdir
Bir zamanlar döyüşə.
İlk ümiddir, son məkan
Kim yurduna xor baxar;
Anam burda bir zaman
Tapşırılıb torpağa.
Qarışıb kəpəyinə,
Ələnibdir ələyi.
Bu onun qar beşiyi,
Bu onun qar bələyi.
Keçib qarlı düzəni,
Açım qarlı torpağı.
Qucağına düşəni
Torpaq göyərdər axı?!
Burda bir ürək yanır,
Üstündən çırpıb qarı.
Kənarda buxarlanır
Qaratikan kolları...
Xatirələr üstünə
Narin-narin qar yağar.
Necə ayaq basasan
Ana yatan torpağa?!
Mənim acığıma sevmə kimsəni
Açıq açığına
Mәnim acığıma sevdilәr sәni,
Xәbәrin oldumu bilmirәm..
Mәnim acığıma öydülәr sәni.
Bilәn dә,bilmәyәn dә
Tutdu sәnin tәrәfini,
Göyә qaldırdılar tәrifini…
Su buluda görә yaşayır,
Bulud suya.
O da bilir bunu,bu da.
Bulud suya borcludu,
Su buluda.
Bu, necә yol, de
Sәn dә bulud misalı
Yağmasan da gurulda
Dilinә gәlmәsә dә
Ürәyindә sağ ol de!
Vicdanına tapşırdım sәni
Mәnim acığıma sevmә kimsәni…
Xudaferin.eu
14:54
Digər xəbərlər