Bosniya və Herseqovinanın məşhur telekanalı Qarabağ müharibəsi ilə bağlı reportaj yayımlayıb
Bosniya və Herseqovinanın məşhur “Okanal” telekanalı (https://okanal.oslobodjenje.ba/) Qarabağ müharibəsi ilə bağlı reportaj yayımlayıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, telekanalın komandası Qafqazın Xirosiması adlanan Azərbaycanın Ağdam şəhərini ziyarət edib.
Jurnalistlər Andi Mioç və Mirza Ajemoviçin reportajında Qarabağdakı müharibənin üç aydan bir az əvvəl sona çatdığı qeyd edilir. Bildirilir ki, Bakıdan 350 kilometr məsafədə yerləşən şəhərdə demək olar ki, yalnız xarabalıqlar və evlərin çılpaq divarları qalıb. Cümə məscidi istisnadır. 1990-cı illərdə Qarabağdakı birinci müharibədən əvvəl burada 40 minə yaxın əhali yaşayırdı. 1993-cü ildə Ağdam erməni separatçı qüvvələri tərəfindən işğal edildi, onlar bütün əhalini şəhəri tərk etməyə məcbur etdilər. Geri qayıtmaq cəhdlərinin qarşısını almaq üçün şəhərin böyük hissəsi məhv edildi.
Jurnalistlər qeyd edirlər ki, 30 illik işğaldan sonra Azərbaycan 1990-cı illərdə işğal olunmuş digər ərazilərin əksər hissəsi ilə bərabər Ağdamı da geri qaytardı. Müharibə 2020-ci il sentyabr ayının sonunda yenidən başladı və Azərbaycanın 44 günlük uğurlu hücumu nəticəsində sülh bərqərar oldu - noyabr ayında Moskvanın vasitəçiliyi ilə razılaşma əldə edildi, ona uyğun olaraq ermənilər ərazilərdən geri çəkildilər.
Jurnalistlər, həmçinin reportajlarında ziyarət etdikləri Zəngilan və Cəbrayıldan bəhs ediblər. Bir vaxtlar həyatla dolu və böyük turizm perspektivləri olan bu yerlər indi xarabalığa çevrilib.
Zəngilan şəhərindəki xarabalıqlar demək olar ki, bir vaxtlar 45 min əhalinin yaşadığı şəhərdən yeganə qalan xatirədir. 1990-cı illərdəki müharibə zamanı və erməni işğalından sonra əhalinin hamısı doğma yurdlarını tərk etmək məcburiyyətində qaldı.
“Biz Cəbrayıl rayonunu da ziyarət etdik. Bu, o dövrün Azərbaycan Respublikasının ən məşhur turizm yerlərindən biri idi. Bu rayon da 1993-cü ildə erməni qoşunları tərəfindən yerlə-yeksan edilmişdi. Azərbaycan demək olar ki, işğal edilmiş ərazilərin hamısını qaytarandan sonra həmin ərazilər minalardan təmizlənməyə başladı. Bu, əhalinin geri dönə bilməsi üçün edilir", - deyə jurnalistlər qeyd ediblər.
Reportajda, həmçinin Xocalı soyqırımı, erməni işğalının ağır nəticələri, son müharibə zamanı ermənilərin dinc Azərbaycan şəhərlərini, o cümlədən cəbhə xəttindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə məruz qoymasından bəhs edilir.

Xudaferin.eu
11:57
Digər xəbərlər